"Elmlər Akademiyası" stansiyası istiqamətində "Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub. Dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib. Təəssüf ki, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib. Vəfat edən sərnişin Bakı metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı Kamil Zeynalov olub.
Allah rəhmət eləsin!
Azadmedia.az xəbər verir ki, məlumatı Bakı Metropoliteninin İctimaiyyətlə əlaqələr şöbəsindən təsdiqləyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.