25 iyul saat 03:50 radələrində “Azərbaycan Dəmir Yolları”na (ADY) məxsus teplovoz Bərdə-Yevlax mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 32-BC-687 olan “Chevrolet Cruze” markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Maşinist tərəfindən təcili tormozlanma aparılsa da, tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində avtomobilin sürücüsü və sərnişini xəsarət alıblar, yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar.
“ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının “Yol-Hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmiryolu keçidlərində qatara yol verməklə hərəkətlərini davam etdirməyə çağırırıq”, - deyə QSC-dən bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.