Təəssüf ki, səhəri qadın ölümü ilə açdıq...
Quba rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə iyulun 25-də saat 06 radələrində Quba rayonunun Mahmudqışlaq kəndində yerləşən evlərdən birində 1999-cu il təvəllüdlü Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1997-ci təvəllüdlü Elşad Güliyevin qısqanclıq zəminində arvadı Rəvanə Güliyevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Elşad Güliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Fakta görə Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.