AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibkarlar cərimələndi

  • + A
  • - A
  • 26-07-2023, 09:10

    Sahibkarlar cərimələndi

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İmişli-Bəhramtəpə avtomobil yolunun kənarında fəaliyyət göstərən "Qlobus-999" tikinti materialları mağazasının, İmişli rayonu, Qaradonlu kəndindəki “Araz" kafesinin, Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində “Muğan Firması" ticarət mərkəzinin, Saatlı rayonu, Mollavaizli kəndində “Oskar” kafesinin və Bərdə şəhəri, Bakı küçəsində fəaliyyət göstərən "Bazarstore" marketin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.

    Xidmət rəsmisi Bəhruz Məhəmmədov Azadmedia.az-a bildirib ki, faktlarla bağlı akt, protokol tərtib olunub, "Qlobus-999" mağazasının müdiri Sahil Quliyev, “Araz" kafesinin sahibi Elnur Ağayev, “Oskar” kafesinin sahibi Saqif Məmmədov, "Bazarstore" mağazasının rəhbəri Pərviz Cabbarzadə vəzifəli şəxs qismində cərimələnib.

    “Muğan Firması" ticarət mərkəzinin müdiri Zabil Məmmədovun isə hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış sənədlər Hacıqabul rayon məhkəməsinə göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR