AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda istirahət mərkəzlərində ölənlər – DƏHŞƏTLİ GƏRÇƏKLƏR

  • + A
  • - A
  • 27-07-2018, 10:15

    Azərbaycanda istirahət mərkəzlərində ölənlər – DƏHŞƏTLİ GƏRÇƏKLƏR














    Ötən gün istirahət üçün Nabrana üz tutan bir ailənin 4 üzvü dənizdə boğulub.

    Bu hadisədən bir ay öncə də Nabranda 22 yaşlı Samir Hacıyevin meyiti dənizdən tapılmışdı. Bu cür bədbəxt hadisələr “gəlirəm” demir və ən xırda məsuliyyətsizlik istirahəti məhv edə bilir. Bu günə qədər onlarla şəxs istirahət zamanı bu qəbildən olan hadisələrin qurbanına çevirilib.

    Minval.info məlumat verir ki, bu ilin iyun ayında Astarada dincələn 34 yaşlı kişinin də meyiti tapılmışdı. Bakıdan Ramazan bayramı ilə əlaqədar Lənkərana istirahətə gedən Fuad Rəhimovun bacısı qızı Astarada yerləşən Lovain su anbarına yıxılıb və Rəhimov da onu xilas etmək istəyərkən boğulub. Beləliklə, onun bayram tətili yasa çevrilib.

    8 iyulda Novxanıda yerləşən “Aqua Park”da ölüm faktı qeydə alınmışdı. Əyləncə mərkəzində istirahət edən Zamiq Nağıyev attraksiondan yıxılıb. İkin araşdırmalara görə, Nağıyevdə qıc olma özünü göstərib və müvazinəti itirərək ölüb.

    Azərbaycanda istirahət mərkəzlərində ölənlər – DƏHŞƏTLİ GƏRÇƏKLƏR









    10 iyulda isə istirahət məqsədilə Türkiyənin Muğla bölgəsinə gedən azərbaycanlı turist Məryəm Ömərova da bədbəxt hadisə nəticəsində həyatını itirmişdi. Ömərova Aladərə şəlaləsinə çıxmaq üçün qayalıqlara dırmanıb. Mənzərəni seyr etmək istəyərkən müvazinəti itirib və 15 metr yüksəklikdən şəlalənin töküldüyü yerə yıxılıb.

    Ötən il iyun ayında İsmayıllıda 2 turist isə istirahət mərkəzinin məsuliyyətsizliyi ucbatından dünyasını dəyişib, 2 nəfər də yaralanıb. Hadisə istirahət mərkəzinin hovuzunda baş verib. Gənclər hovuzda çimərkən qəflətən suya birləşən elektrik cərəyanı onları vurub. Hovuzun içərisində rəngli işıqların və su motorunun olduğu, cərəyanın da həmin qurğuların nasaz naqilləri vasitəsilə suya birləşdiyi ehtimal olunur.

    Elə həmin dönəmdə Nabrandakı “Atlant” istirahət mərkəzində 10 yaşlı uşaq düyasını dəyişmişdi. Xəyal Qədirov ailəsinin gözü qarşısında mərkəzin hovuzunda boğulub.

    Azərbaycanda istirahət mərkəzlərində ölənlər – DƏHŞƏTLİ GƏRÇƏKLƏR










    Hər il olarla bu cür hadisə baş verir və bir çoxunun səbəbi isə səhlənkarlıqdır. Misalların çoxundan göründüyü kimi, yay aylarında istirahət zamanı dənizdə boğulmalar insan həyatının məhv olmasına, istirahətin yasa çevrilməsinə səbəb olur.

    Bəs boğulduğunu hiss etdiyi zaman insan özünü necə xilas edə bilər?

    Əvvəlcə, kiçik təhlükəsizlik qaydalarına diqqət yetirmək lazımdır. Dərman qəbul etdikdən sonra suya girmək olmaz, bu zaman dərman əks təsvir verə bilər. Ağır yeməkdən sonra da nəinki dənizə girmək, heç duş qəbul etmək də düzgün deyil. Həmçinin, spirtli içki qəbul etdikdən sonra dənizə və ya hovuza girdikdə qıc olmalar baş verə bilər və ayaq və ya qollarını idarə edə bilməyən şəxs üzə bilməyib boğular. Bu səbəbdən ölən yüzlərlə adam var.

    Suda təbiət hadisələri tez-tez baş verir. Çimərliklərdə rast gəlinən sualtı axınlar sahilə perpendikulyar olur və əsasən kiçik axınlar olur. Onların uzunluğu 300-500 metr eni isə 3-5 metr müddəti isə təxmini 4-5 dəqiqə davam edir. Axınların olmasını suyun üzünün rəngindən bilmək olar. Normalda suyun üzü ağımtıl, göy yaxud tünd göy olur. Axınlar olanda isə suyun üzü bir düz xətt kimi ağ rəngdə və köpüklü olur. Sanki köpük əmələ gəlir və batır. Belə halda suya girməmək məsləhətdir. Əgər kimsə axına düşərsə, özünü itirməməlidir. Sahilə paralel üzməklə yaxud suyun üzündə qalmağa çalışmaqla 4-5 dəqiqə müddətə axın bitəcək və siz xilas olacaqsınız. Bu axın sizi suyun dibinə çəkmir, sadəcə həmin vaxt insan təşvişə düşür və bütün gücü ilə sudan çıxmağa çalışır, ancaq qollar taqətdən düşür və boğulma baş verir.

    Boğulan şəxsi necə xilas etməli?

    Suda boğulan şəxsə qarşıdan yaxınlaşmaq olmaz, arxadan yaxınlaşıb, başının suyun üstündə qalmasını təmin etməklə sahilə tərəf üzmək lazımdır. Daha sonra, sahildə üzü aşağı uzadıb, qəbul etdiyi suyu qaytarmağını təmin etmək, çətin məqamda ürək masajı və süni nəfəs vermək olar. Mütləq təcili tibbi yardım çağırılmalıdır. Gün vuran şəxsi ilkin yardım olaraq, kölgəyə çəkmək, qoltuğuna, əllərinə, boynuna və alnına soyuq kompres qoymaq, çoxlu maye içirtmək və təcili tibbi yardım çağırmaq lazımdır. Zərərçəkmişə ilkin yardım vaxtında və düzgün göstərilərsə boğulmaq təhlükəsi ilə qarşı-qarşıya qalan şəxsin həyatını xilas etmək olar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR