AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qeyri-funksional olan ATƏT-in Minsk Qrupunun fəaliyyətinə xitam verilməlidir

  • + A
  • - A
  • Bu gün, 12:51

    Qeyri-funksional olan ATƏT-in Minsk Qrupunun  fəaliyyətinə xitam verilməlidir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru


    Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin cari ilin 8 avqustunda Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair imzaladıqları Birgə Bəyannamədə əksini tapan ən mühüm müddəalaradan biri də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanmasına həsr olunmuşdur.
    Ümumiyyətlə fəaliyyət qabiliyyəti olmayan təsisatın tarixi ATƏT-in Xarici İşlər nazirləri Şurasının Finlandiyanın paytaxtı Helsinki şəhərində 24 mart 1992-ci ildə keçirilən iclasından başlayır. Həmin iclasda Qarabağ münaqişəsinin tənzimlənməsinə həsr ediləcək Minsk konfransının keçirilməsi üçün danışıqları təşkil etmək məqsədi ilə vasitəçilələr qrupunun formalaşdırılması haqqında qərar qəbul edildi, 1994-cü il dekabrın 5-də isə həmsədrlik institutu təsis edildi. Yarandığı müddət ərzində Minsk qrupu tərəfindən faktiki olaraq heç bir əməli fəaliyyət nümayiş etdirilmədi və ümumiyyətlə bu təsisatın əsas səyləri Azərbaycanın milli maraqlarına cavab verməyən status kvonun saxlanılmasına hesablanmış idi. Minsk qrupunun həmsədrlərinin münaqışənin nizamlanması üçün dəfələrlə israrla vurğuladıqları “qarşılıqlı kompromislər” heç bir halda qəbul edilə bilməszi. Azərbaycan Respublikasının siyasi rəhbərliyinin qəti mövqeyi ondan ibarət idi ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi ümumiyyətlə müzakirə predmeti deyil və lazım gələrsə beynəlxalq hüquqa uyğun olaraq hərbi yolla bərpa ediləcəkdir.
    ATƏT-in Minsk qrupunun fəaliyyət qabiliyyətsizliyi 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi prosesində özünü əyani formada biruzə vermişdir.
    Baxmayaraq ki, BMT-nin Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamədə birmənalı olaraq, ölkəmizin suverenliyi və ərazı bütövlüyü təsdiq edilirdi, digər tərəfdən beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyi vurğulanırdı, Baş Assambleyada 62/243 saylı qətnamənin qəbulu zamanı Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri bu mühüm sənədin əleyhinə səs vermişlər. Qətnamədə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə rəğmən, həmsədrlər növbəti dəfə beynəlxalq hüquqa etinasız münasibət nümayiş etdirdilər və mahiyyət etibarı ilə Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırılmasını nümayiş etdirdilər.
    Dövlətimizin döyüş meydanında BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etməsi, ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması bir daha təsdiq etdi ki, heç bir vasitəçinin yaxud qurumun fəaliyyətinə ehtiyac qalmamışdır. Həmçinin nəzərə almaq lazımdır ki, hər üç həmsədr Minsk prosesinə xitam verilməsinə bir mənalı münasibət nümayiş etmişlər. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Birgə Bəyannaməyə imza atması, Rusiya Federasiyasının Xarici İşlər nazirliyinin Minsk qrupunun artıq aktuallığının itirlməsi və buraxılmasının zəruriliyini qeyd etməsi, Fransa XİN-in cari ilin 9 avqust tarixində yaydığı bəyanatda ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması ilə bağlı tərəflərin birgə çağırışının dəstəklədiyinin bildirməsi bunun əyani təsdiqidir. Artıq Minsk qrupunun buraxılması və onun fəaliyyətinə xitam verilməsi sadəcə texniki proses müstəvisinə keçmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR