AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim keçirildi - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 10:50

    Lənkəranda “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim keçirildi - FOTOLAR


    D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihə çərçivəsində növbəti tədbirini 2025-ci il 6 avqust tarixində Lənkəran rayonu, “Lüxe Lənkəran” otelinin zalında keçirdi.


    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbirdə 24 nəfər iştirak etdi. İştirakçılar əsasən Lənkəran rayon bələdiyyələrinin nümayəndələrindən ibarət idi. Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin Humanitar şöbəsinin rəhbəri Famin Mirzəyev də iştirak edirdi.

    Təlimi cəmiyyətin təlimçilərindən Əntiqə Qurbanova və Nabat Qəniyeva apardı.

    Layihənin ikinci mərhələsi tədbirin birinci mərhələsinin qısa xülasəsi – iştirakçıların iştirakı ilə başlandı. Daha sonra birinci mərhələnin sonunda ev tapşırığı olaraq verilən işlərin təqdimatı keçirildi. Dörd layihənin təqdimatı qrup tərəfindən müsbət qarşılandı.

    Aşağıdakı mövzular üzrə təlimçi Əntiqə Qurbanova geniş məlumat verdi:

    Sosial problemlərin həllinə əhalinin cəlb edilməsi;

    İnsan haqlarının, xüsusən qadın haqlarının müdafiəsində bələdiyyələrin rolunun artırılması (qadınlara pozulmuş hüquqlarının müdafiəsində necə kömək edə biləcəkləri).

    Sonra iştirakçılar geniş müzakirələr apardılar və bu sahədə öz təcrübələrini də paylaşdılar. Qadın bələdiyyə sədrlərinə bələdiyyələrdə qadın otaqlarının yaradılması tövsiyə olundu. Onlara məişət zorakılığı qurbanlarına necə kömək edə biləcəkləri barədə də məlumat verildi.

    İzah edildi ki, Azərbaycan Respublikasının "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunu məişət zorakılığının qarşısının alınması, zorakılıqdan zərərçəkmiş şəxslərin müdafiəsi və zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza yaradır. Bu qanun məişət zorakılığının fiziki, psixoloji, cinsi və iqtisadi formalarını əhatə edir və ailə üzvlərini, o cümlədən uşaqları qoruyur.

    Kiçik qruplarda iş – “Donorlar niyə sizə maliyyə vəsaiti verməlidir?” sualı müzakirə olundu.
    İştirakçılar dörd qrupa bölündülər. Qruplar bələdiyyə, fond və yerli sahibkarlardan ibarət oldu.

    Təlimçi izah etdi: “Hər qrup üzvləri birgə müzakirə edəcək. Bələdiyyə üzvləri fond rəhbərliyi ilə necə əlaqə quracaq, onları ideyalarına necə inandıracaq və ideyalarını necə təqdim edəcək.”

    Qruplar birlikdə işlədilər və hər qrupdan bir nəfər, həmçinin sahibkar və ya fond rəhbəri birlikdə təqdimat etdilər.

    Tədbirdə iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olundu.

    Fotolar













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR