AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gənc bəstəkar Orxan Lətifzadə şəhid Xudayar Yusifzadəyə mahnı həsr etdi.

  • + A
  • - A
  • Dünən, 19:24

    Gənc bəstəkar Orxan Lətifzadə şəhid Xudayar Yusifzadəyə mahnı həsr etdi.


    İncə qəlbli incəsənət insanı şəhid Xudayar Yusifzadəyə və onun timsalında bütün şəhidlərimizə həsr edilmiş bəstəkar Orxan Lətifzadənin “VƏTƏN OĞLU” mahnısına resenziya.

    Doğma vətənimizə çox zalımlar göz dikmiş, xalqımıza qarşı amansızcasına
    qətliam törətmişdirlər. Azərbaycan xalqı isə hər zaman vətəninə, dilinə, dininə,
    milli mənsubiyyətinə sadiq olan əsl vətənpərvər və qəhrəman oğullar, qızlar
    yetişdirmişdir. Elə bu səbəbdən də bu gün Azərbaycan bütün dünyada güclü, öz
    sözünü deyə bilən bir dövlət kimi tanınmaqdadır.

    Bu gün biz Qalib Xalqıq!
    Torpağımızın azadlığı uğrunda şücayətli vətən oğulları, Ali baş
    komandanımız, cənab İlham Əliyev ilə bir yumruq oldular! Onlar “Dəmir
    yumruğun” gücünü göstərdilər! Vətənimiz böyük bir müharibədən üzü ağ, qalib
    çıxdı!

    Bu yolda neçə-neçə şəhidlər qurban versək də, ağbirçək analar öz oğullarını
    Azərbaycan xalqına yaraşan tərzdə mərdi-mərdanə şəkildə onları əbədi dünyaya
    uğurladılar! Uca Allah Şəhidlərimizə Rəhmət Eləsin!

    Qorxmaz vətən oğulları cəbhəyə deyə-gülə yollanırdılar. O ağır şəraitdə,
    həm düşmənlə döyüşür, həm də güllə səsləri altında yüksək əhval ruhiyyə ilə
    çıxışlar edir və qalib olacaqlarına ürəkdən inanırdılar! Bəzən hansısa musiqi
    alətində ifa edir, bəzən oxuyurdular.
    Belə igid qəhrəmanlardan biri isə Şəhid Xudayar Müslüm oğlu Yusifzadədir.

    O, yaşadığı 22 illik qısa ömrü şərəflə başa vurdu. X.Yusifzadə həm də incəsənət
    insanı idi. Müharibə zamanı ölümündən iki gün əvvəl Azərbaycan SSRİ xalq artisti Əlibaba Məmmədovun, Əliağa Vahidin sözlərinə bəstələdiyi “Vətən yaxşıdır” adlı
    təsnifi ifa edərək sosial mediada paylaşmışdı.
    Daha sonra bu təsnif xalq arasında “Xudayar təsnifi” kimi məşhurlaşmağa
    başladı və Ə.Məmmədovun razılığı ilə həmin adla adlandırıldı. Yəqin, heç özü də
    bilməzdi ki, səsləndirdiyi bu ifa özündən sonra neçə könüllərə yol tapacaq, neçə
    şəhid anasının dinlədiyi bir əsərə çevriləcək.
    Onun bu ifası həm də əslən Şəkidən olan gənc bəstəkar Orxan Lətifzadənin
    də qəlbinə yol tapmışdır. Öz vətənpərvərliyi ilə seçilən və yaradıcılığında daim bu
    prinsipi əks etdirmiş olan beynəlxalq müsabiqələr laureatı bəstəkar Orxan
    Lətifzadə “Vətən oğlu” mahnısını şəhidimiz Xudayar Yusifzadəyə həsr etmişdir.
    Mahnının sözləri “İlin vətənpərvər şairi”, “Qızıl qələm” kimi media mükafatlarına
    layiq görülmüş olan Zaur Cəfərova məxsusdur. Şəki şəhərindən olan hər iki
    yaradıcı insan bu əsərin ərsəyə gəlməsinə böyük əmək sərf etmişdirlər.

    Bəstəkar O, Lətifzadə bu əsəri orkestr üçün işləyərək mahnı janrının bütün
    imkanlarını sərgiləmişdir. Şair isə öz qəlbinin qəlbinin ən dərin hisslərini
    qələminin gücü ilə vurğulamışdır:

    Bizlərə örnəksən öz əməlinlə
    Dəyər qazanmısan doğma elində
    Dur, Vətən gözləyir! Dur öz dilinlə!
    Xudayar təsnifi oxu! Oxu Xudayar!

    Gəncə Dövlət Filarmoniyasının solisti Vasif Talıbovun da orkestr ilə birlikdə
    bu mahnıya xüsusi əhval ruhiyyə qazandırmışdır. Demək olar ki, bəzi məqamlarda
    o, öz hisslərini cilovlaya bilmir, odlu-alovlu ifa edir. İnsanın duyğularına yüksək
    təsir edən “Vətən sağ olsun” adlı bu əsər əsl vətənpərvər ruhda səslənir.

    Ümid varıq ki, gələcəkdə bu mahnı Azərbaycan xalqının mərdliyini,
    qəhrəmanlığını tərənnüm edən ən dəyərli incəsənət nümunələrindən birinə
    çevriləcəkdir!

    Rüfət Piriyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR