AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vaşinqton görüşü göstərdi ki, sülh üçün ATƏT-ə heç bir zərurət yoxdur

  • + A
  • - A
  • Bu gün, 12:40

    Vaşinqton görüşü göstərdi ki, sülh üçün ATƏT-ə heç bir zərurət yoxdur


    Məşhur Məmmədov,
    Millət vəkil
    i

    Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə olunmuş tarixi razılaşma Cənubi Qafqazda yeni siyasi reallıqlar yaratdı. Bu reallıqlar fonunda beynəlxalq təşkilatların illərlə bölgədə apardıqları fəaliyyəti dəyərləndirmək vacibdir. Belə qiymətləndirmədə ATƏT-in adı ilk sırada çəkilməli olur; lakin müsbət nümunə kimi yox, yarıtmaz fəaliyyət və nəticəsiz missiya nümunəsi kimi.
    ATƏT-in uzun illər davam edən səmərəsiz fəaliyyətinə nəzər salsaq görərik ki, ATƏT, xüsusilə onun Minsk qrupu 30 ilə yaxın bir müddətdə Azərbaycan torpaqlarının işğalı faktını danmaq, münaqişəni “dondurmaq” siyasəti yürütməklə məşğul oldu. Onun fəaliyyəti beynəlxalq hüquqa söykənməli olduğu halda, əksinə, işğalçıya zaman qazandırdı, Ermənistanın status-kvo siyasətini legitimləşdirməyə xidmət etdi. Bu qurumun vasitəçiliyi nəticəsində bircə dəfə də olsun real sülh mexanizmi işə düşmədi.
    Vaşinqton görüşü birmənalı olaraq ATƏT-in iflasının təsdiqi oldu.
    ABŞ Prezidentinin vasitəçiliyi ilə Vaşinqtonda əldə olunmuş razılaşma göstərdi ki, sülh üçün ATƏT-ə heç bir zərurət yoxdur. Real siyasi iradə, konkret beynəlxalq təminatlar və iki ölkənin birbaşa dialoqu münaqişənin həllinə aparan yeganə düzgün yoldur. Bu prosesdə ATƏT-in heç bir rolu olmadı və ola da bilməzdi. Əksinə, onun fəaliyyətsizliyi nəticəsində region illərlə qeyri-sabitlik girdabında saxlanıldı.
    Bu gün tam məsuliyyətlə demək olar ki, ATƏT lazımsız bir platformadır.

    Bugünkü reallıqda ATƏT sadəcə formal adı qalmış, təsir imkanlarını itirmiş bir quruma çevrilib. Nə Cənubi Qafqazda, nə də Avropanın digər bölgələrində təhlükəsizliyə və sabitliyə real təsir göstərə bilmir. Onun mandatı ilə fəaliyyət göstərən mexanizmlər iflic vəziyyətindədir. Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə yaratdığı yeni reallıq, ardınca Brüssel, Moskva, indi isə Vaşinqton formatlarında əldə olunan razılaşmalar göstərdi ki, ATƏT-in adı ancaq kağız üzərindədir.
    Fikrimcə, ATƏT-in Cənubi Qafqazdakı fəaliyyəti tarixdə ən uğursuz missiyalardan biri kimi qalacaq. Bu qurum nə işğalı dayandıra bildi, nə də sülhə töhfə verdi. Əksinə, prosesləri uzatdı, ədaləti təxirə saldı. Vaşinqton görüşündən sonra tam aydın görünür ki, regionda sülh və təhlükəsizliyin təminatçısı ATƏT deyil, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edən qüvvələrdir. ATƏT-ə artıq zərurət qalmamışdır.
    ATƏT-in illərlə yarıtmaz fəaliyyəti, tərəfsizliyi pozması və işğalçını müdafiə edən mövqeyi onu tarixin arxivinə göndərdi. Vaşinqton görüşündən sonra isə bu, tamamilə təsdiqləndi. Cənubi Qafqazda sülhün təminatçısı artıq ATƏT deyil, regional və qlobal siyasi iradəni ortaya qoyan yeni mexanizmlərdir.
    Azərbaycanın dövlət başçısı İlham Əliyev həm hərbi sahədə, həm də diplomatik müstəvidə əldə etdiyi nailiyyətlərlə Cənubi Qafqazda yeni siyasi nizam formalaşdırdı. 44 günlük Vətən müharibəsi ilə tarixi ədaləti bərpa edən Azərbaycan, ardınca beynəlxalq müstəvidə ardıcıl qələbələr qazandı. Brüssel, Moskva və ən son Vaşinqton formatlarında aparılan danışıqlar bir daha göstərdi ki, regionda proseslərin mərkəzində Azərbaycan dayanır.

    Prezident İlham Əliyevin prinsipial mövqeyi və ardıcıl siyasəti nəticəsində Azərbaycan həm regional güc, həm də etibarlı tərəfdaş kimi qəbul olunur. Bu isə ATƏT kimi illərlə “neytrallıq” pərdəsi altında işğalçıya vaxt qazandıran qurumun iflasını daha da aşkara çıxardı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR