DYP-nin cinayətkarlığa qarşı mübarizə tədbirləri davam edir. Ötən gün YPX əməkdaşları tərəfindən daha bir odlu silah aşkar edilib. Belə ki, Şəki-Giriş yolunun Şəki rayonu, Çeşməli kəndi ərazisindən keçən 6-cı kilometrliyində xidmət aparan YPX Alayının əməkdaşları tərəfindən yolun kənarında parçaya bükülmüş bir ədəd nişangah qurğusu olan ov tüfəngi aşkar edilib. Götürülən silah sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhvil verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.