AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

15 yaşlı oğlan sükan arxasına keçdi, atası barədə tədbir görüldü

  • + A
  • - A
  • 27-02-2024, 13:47

    15 yaşlı oğlan sükan arxasına keçdi, atası barədə tədbir görüldü

    Xəbər saytlarında “İSUZU” markalı avtobusun azyaşlı tərəfindən idarə olunmasını əks etdirən videogörüntü yayımlanıb. Aparılan araşdırma nəticəsində hadisənin paytaxtın Xəzər rayonunda 15 yaşlı yeniyetmə tərəfindən törədildiyi müəyyən edilib. Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həmin yeniyetmə və atası ilə profilaktik söhbətlər aparılıb. Səhlənkarlığa yol verdiyini etiraf edən valideyn barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

    Baş DYP idarəsindən valideynlərə çağırış: "Sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsinə icazə verməyin !"

    Təssüflər olsun ki, sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara hələ də rast gəlinir.

    Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəblərə avtomobillə gəlməsinə dair məlumatlar da eşidilir. Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində həm valideynlərlə, həmdə məktəblilərlə tez-tez maarifləndirici tədbirlər keçirilsə də, yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlərə rast gəlinir. Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə hazır olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar.

    Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz. Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq.

    Baş DYP İdarəsi azyaşlıların sükan arxasına keçməsinə şərait yaradan valideynlərə müraciət edərək belə yanaşmanın əksər hallarda faciəyə gətirib çıxardığını bir daha xatırladır, gənc nəsli qanunlara və ictimai dəyərlərə hörmət ruhunda tərbiyə etməyə çağırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR