Azərbaycan Çin Döyüş Növləri Assosiasiyas Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş Respublika turniri keçirilmişdir.








Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş Respublika turniri keçirilmişdir.
21–22 fevral 2026-cı il tarixlərində təşkil olunan turnir Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi, Azərbaycan Kung-Fu Federasiyasının təşkilatçılığı ilə baş tutmuşdur.
Yarışda federasiyanın rəsmi şəxsləri iştirak etmişlər. Tədbirin açılışı Azərbaycan Kung-Fu Federasiyasının vitse-prezidenti Ehram Məcidovun və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hakimlər Kollegiyasının sədri Güloğlan Cabbarlının iştirakı ilə həyata keçirilmişdir. Açılış mərasimində Xocalı faciəsi qurbanlarının və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirilən ardıcıl siyasət milli yaddaşımızın qorunması və tarixi ədalətin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir. Xocalı faciəsinin dünya miqyasında tanıdılması istiqamətində görülən işlər dövlətimizin bu məsələyə həssas və prinsipial yanaşmasının bariz nümunəsidir.
Turnirin keçirilməsində əsas məqsəd Xocalı faciəsinin xatirəsinin yaşadılması, gənclər arasında vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, döyüş sənətlərinə marağın artırılması və idman dəyərlərinin təbliğidir.
Respublikanın müxtəlif bölgələrini təmsil edən idmançıların iştirakı ilə keçirilən yarışda idmançılar öz fiziki hazırlıqlarını, texniki bacarıqlarını və peşəkarlıqlarını nümayiş etdirmişlər.
🖤 Xatırlayırıq. Unutmuruq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.