"Arda Turana vuruldum, "Qalatasaray" azarkeşi oldum"
Türkiyənin "Kanal D" televiziyasında yayımlanan "Zalim İstanbul" serialında Ceren obrazını canlandıran məşhur aktrisa Bahar Şahin futbol haqda danışıb.
AzadMedia.az xəbər verir ki, gənc aktrisa fanatik "Qalatasaray" azarkeşi olduğunu bildirib.
Bahar Şahin onda bu sevgini Arda Turanın yaratdığını bildirib:
"Çünki ona vurulmuşdum".
Qeyd edək ki, 23 yaşlı aktrisa indiyədək "Zalim İstanbul"dan başqa "O Hayat Benim", "Lise Devriyesi", "Kayıt Dışı", "Servet" seriallarına çəkilib.