“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.
“Azadmedia.az” xəbər verir ki, portuqaliyalı hücumçunun rekordu qrup mərhələsinin 2-ci turunda “Vilyarreal”la görüşdə (2:1) qeydə alınıb.
"Qırmızı şeytanlar"ın qalibiyyət qolunu vuran Ronaldo ÇL-də ümumilikdə 178 oyun keçirib. O, bu göstərici ilə “Real”ın sabiq qapıçısı İker Kasilyasın rekordunu yeniləyib. İspaniyalı qapıçı qitənin ən nüfuzlu klub turnirində 177 oyuna çıxıb. Kasilyası 151 oyunla Lionel Messi izləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.