Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan yığması Lüksemburq komandası ilə qarşılaşacaq.
AzadMedia.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş “CBC Sport” televiziya kanalında canlı yayımlanacaq.
Bir qədər əvvəl komandaların start heyətləri açıqlanıb.
Azərbaycan millisi: Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Tellur Mütəllimov, Anton Krivotsyuk, Filip Ozobiç.
Lüksemburq millisi: Ralf Şon, Maksim Şano, Kristofer Martins, Danel Sinani, Jerson Rodrigeş, İvandro Borges, Dirk Karlson, Olivye Til, Leandro Barreyro, Mika Pinto, Loran Yans.
Millimizin yer aldığı A qrupunda Serbiya millisi 17 xalla birinci pillədə qərarlaşıb. Portuqaliya (16 xal) və Lüksemburq (6 xal) ilk üçlükdə yer alırlar. İrlandiya 5 xalla dördüncü, Azərbaycan isə 1 xalla sonuncu yerdədir.
***
Matç başladı.
***
21-ci dəqiqədə Tellur Mütəllimov qırmızı vərəqə aldı. Belə ki, o, qonaqların yarımmüdafiəçisi Olivye Tillə qarşı kobud oynadığı üçün meydandan qovuldu.
***
Birinci hissəyə artırılan ilk dəqiqədə Azər Salahlı sarı kart aldı.
***
Birinci hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
Oyunda hesab açıldı. Qonaqlar matçın 67-ci dəqiqəsində Jerson Rodrigeşin qolu ilə önə keçdi.
***
Qarşılaşmanın 77-ci dəqiqəsində qonaqlar 2-ci qolu qapımıza vurdu.
***
Matçın 81-ci dəqiqəsində Azər Salahlı hesab arasındakı fərqi azaldır.
***
90+1-də qonaqlar qapımıza 3-cü qolu vurdu. Belə ki, Jerson Rodrigeş dubl edir.
***
Azərbaycan-Lüksemburq matçı 1:3 hesabı ilə başa çatdı.