21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının evdə Norveç yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
Qarşılaşma yunanıstanlı hakimlər briqadasına tapşırılıb.
Referi Vasilis Fotiasa laynsmanlar qismində Xrisula Kurobiliya və Andreas Mentanas laynsmanlar qismində köməklik edəcək. Dördüncü funksiyasını isə Agelos Evangeru yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.