Məhkəmə İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Benjamin Mendi ilə bağlı qərar verib.
AzadMedia.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 4 qıza qarşı ümumilikdə 7 zorlamada ittiham olunan 28 yaşlı müdafiəçi girov müqabilində azadlığa buraxılıb.
İş üzrə növbəti məhkəmə prosesi yanvarın 24-də keçiriləcək. Hökmün iyun ayından tez elan edilməyəcəyi gözlənilir.
Fransalı oyunçu daha əvvəl məhkəmənin qərarı ilə ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Qeyd edək ki, Benjamin Mendi 2017-ci ildən "Mançester Siti"də çıxış edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.