Avstraliya Federal Məhkəməsi Avstraliya Federal Məhkəməsi əvvəllər vizasını yenidən ləğv etmək və deportasiya etmək qərarına etiraz edən tennisçi Novak Cokoviçin apellyasiya şikayətini rədd edib, görüş onlayn yayımlanıb.
Qərarı hakim Ceyms Alsop elan edib, qərara əsasən, serb idmançı ən qısa zamanda ölkəni tərk etməlidir. Ölkənin mövcud qanunvericiliyinin qaydalarına görə, Cokoviçin üç il müddətinə Avstraliya vizası üçün müraciət etmək hüququ yoxdur.
Xatırladaq ki, yanvarın əvvəlində Cokoviç vizanın ləğvi səbəbindən Melburn hava limanında saxlanılmışdı. Sənədləşmə ilə bağlı problemlər idmançının COVID-19 peyvəndi ilə bağlı qanuni tibbi azadlığa dair sübut təqdim etməməsi səbəbindən yaranıb.
Daha sonra Melburn Federal Məhkəməsi vizanın ləğvi ilə bağlı qərarı ləğv edərək tennisçini haqlı çıxarıb. Lakin Avstraliyanın immiqrasiya naziri Alex Hawk Cokovic-in vizasının ləğv edildiyini və onun deportasiya edilməsinin lazım olduğunu açıqlayıb.
Yanvarın 17-30-da Melburn Parkının kortlarında Avstraliya Açıq turniri keçiriləcək. Cokoviç ötən il bu yarışların qalibi olub. Turnirin finalında o, rusiyalı Daniil Medvedevə qalib gəlib.
Tərcümə etdi: Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.