[img]https://cdnn1.img.sputnik.az/img/40396/81/403968148_0:0:3269:2048_1440x900_80_0_1_6b6b53bf927498df372fd84602740bff.jpg.webp?source-sid=rian_photo[/img]
"Terminator" ləqəbli güləşçimiz erməni rəqibini 11:0 hesabı ilə məğlub edərək, yarışın qalibi olub.
Azadmedia.az Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin ikinci kurs tələbəsi İlkin Qənbərli Qazaxıstanın paytaxtı Nur-Sultanda WORLD GAMES 2022 çempionatının qalibi olub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq çəki dərəcəsində güləşən İ.Qənbərli fransalı rəqibinə 4:3 hesabi ilə qalib gələrək, 1/16 mərhələyə adını yazdırıb.
Təmsilçimiz həmin mərhələdə amerikalı rəqibinə 1:2 hesabı ilə qalib gəlib. 1/8 finalda İ.Qənbərli braziliyalı rəqibini 8:0 hesabı ilə məğlub edərək, 1/4 finala keçib.
O, 1/4 finalda Çin güləşçisinə 7:0 hesabı ilə qalib gǝlib. Təsnifat mərhələsində 3 qat dünya çempionu olan yaponiyalı rəqibini 8:3 hesabı ilə məğlub edən İ.Qənbərli yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Yarımfinal görüşündə "Terminator" ləqəbli güləşçimiz argentinalı rəqibinə 9:5 hesabı ilə qalib gələrək, final mərhələsinə keçib.
Final görüşündə tələbəmiz erməni güləşçisi Varşam Boranyanı 11:0 hesabı ilə məğlub edərək, yarışın qalibi olub.
Qeyd edək ki, bu, İ.Qənbərlinin erməni idmançı üzərində ilk qələbəsi deyil. O, ötən ilin 13-15 fevral tarixlərində Fransanın paytaxtı Parisdə yunan-Roma güləşi üzrə keçirilən beynəlxalq turnirin də qalibi olub. O, həmin yarışda erməni rəqibi Miqran Nazaryanı finalda məğlub edib. İ.Qənbərli həmçinin 5 qat ölkə çempionu və bir sıra beynəlxalq turnirlərin qalibidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.