Aprelin 21-də Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Karate-do Federasiyaları Assosasiyasının prezidenti Ülvi Quliyev 01-03 aprel 2022-ci il tarixlərində Serbiyanın Subotica şəhərində keçirilən SKDUN təşkilatının 11-ci Avropa çempionatında ölkəmizi təmsil edən karateçilərimizlə görüşüb.
Azadmedia.az xəbər verir ki, görüş zamanı idmançılarımızı ürəkdən təbrik edən Ülvi Quliyev karateçilərin uğurlarının davamlı olmasını diləyib, hər zaman onların diqqət mərkəzində olduğunu vurğulayaraq qayğı və pronlemləri ilə maraqlanıb. Sonda xatirə şəkli çəkdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.