AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Oyun gününə düşsəydi, Budapeştə getməyəcəkdim” - Qurban Qurbanov

  • + A
  • - A
  • 20-10-2023, 21:36

    “Oyun gününə düşsəydi, Budapeştə getməyəcəkdim” - Qurban Qurbanov


    “Qarabağ” Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə “Turan Tovuz”la 2:2 hesablı heç-heçə edib.

    Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

    - “Turan Tovuz”u təbrik edirəm. Öz oyunumuzdan razı qalmadım. Komanda ritmi itirmişdi. Bunu hiss etdim. Hər bir halda xallarımızın üzərinə 1 xal gəldi. İtkilərimiz də var idi. Milli fasilə ərəfəsində yorğunluq çox idi. Marko Yankoviç millidə zədələnib. 1-2 həftə bizimlə olmayacaq.

    - Qələbə üçün nə çatmadı?

    - 2 qol vurduq, bəs etmədi. 3-cü qolu vurmaq lazım idi. Son vaxtlar çempionatda nadir hallarda 2 top buraxırıq. “Turan Tovuz” standart vəziyyətlərdə təhlükəlidir. Hər iki komanda layiq olduğunu qazandı.

    - Əsas oyunçuların bəzilərini 90 dəqiqə meydanda saxladınız. Bu, “Bayer”lə oyundan öncə riskli deyildi?

    - Risklər olacaq. Zatən bunu çox etmişik. Biz qarşıdakı oyunu fikirləşə bilmərik. Belə hallar olur. Çalışacağıq ki, futbolçular yaxşı bərpa olsunlar.

    - Fasilədən sonra gözlənilməz qol buraxdınız. Bu, sizin planlarınızı pozdu?

    - Həmin qolda diqqətsizlik oldu. Rəqibin belə hücumları çoxdur. Plan dedikdə daha çox Patrik Andradedən narahat idim. Onu heç meydana buraxmadım. Bəli, nəticə bəzi planları etməyə imkan vermədi.

    - Matias Silvaya narazılığınızı bildirirdiniz. Onun əvəzlənməsi oyunu ilə bağlı idi?

    - Oyundan narazı deyildim. Sadəcə bir-iki epizod var idi ki, diqqətli olmalı idi. Əvəzetmə limitlə bağlı idi.

    - “Bayer”lə oyun haqda fikirləriniz necədir?

    - “Bayer” əlbəttə ki, ciddi rəqibdir. Tək çıxış etdiyi çempionata görə yox, həm də oyununa görə. İstərdim ki, bütün futbolçular hazır olsun. Heyət optimal deyil. Çalışacağam ki, bəzi şeylər haqda daha çox düşünüm.

    - Rahil Məmmədovun oynamamasının səbəbi nə idi?

    - Risk var idi. Millidə iki oyunda 90 dəqiqə oynayıb. Maksim və Kevinin də ritmə düşməyinə ehtiyac var.

    - Sabah Budapeştə səfəriniza gözlənilir, mükafat alacaqsız. Bu, sizin üçün gözlənilməz oldu?

    - Bəli, getməliyəm. Əvvəldən bildirilmişdi ki, belə bir tədbir olacaq. Oyun gününə düşsəydi, getməyəcəkdim. Qayıdandan sonra daha çox fikir bildirə biləcəm.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR