AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalq borc içində, kredit bağışlanması gündəmdə: deputatlardan reaksiyalar

  • + A
  • - A
  • 21-11-2018, 13:33

    Xalq borc içində, kredit bağışlanması gündəmdə: deputatlardan reaksiyalar













    Gürcüstan hökumətinin seçkiqabağı 600 min vətəndaşın 1, 5 milyard kredit borcunu silməsi Azərbaycanda da bu problem aktuallaşdırıb

    Cahan.info-nun məlumatına görə, sosial şəbəkələrdə müzakirələr başlayıb.

    Bundan öncə də iqtisadçılar 10 min manata qədər kreditlərin bağışlanmasını gündəmə gətirmişdi.Amma hökumət məsələnin üstündən keçdi.Əksinə, maliyyə naziri Samir Şərifov bu günlərdə qeyd edib ki, tələbələrə kredit vermək olmaz, çünki qaytarmırlar.

    Gürcüstandakı qərardan sonra kreditlərin silinməsinin yenidən gündəmə gəlməsinə baxmayaraq, bəzi deputatlar artıq əleyhinə çıxmağa başlayıblar.

    Manatın 2 devalvasiyasından sonra Azərbaycanda da yüzminlərlə vətəndaşın banklarla problemi yaranıb. Lakin 3 ildir bu barədə danışılmasına baxmayaraq, Azərbaycan hökuməti borc bataqlığında boğulan yüzminlərlə vətəndaşa kömək əlini uzatmayıb.

    AZİA.AZ saytına danışan millət vəkili Fəzail İbrahimli qeyd edib ki, mən hökümət üzvü olmadığıma və münəccimlik etmədiyimə görə konkret heç nə deyə bilmərəm: “Azərbaycanda da əhalinin banklara olan borcları silinib-silinməyəcək, bu barədə mən heç nə deyə bilmərəm. Zaman-zaman Milli Məclisdə bu məsələ qaldırılıb.

    Məsələyə başqa cür də baxmaq lazımdır. Əgər bir insan bilirsə ki, krediti ödəyə bilməyəcək, nə üçün götürür!? Vətəndaş sadəlövhlük edir, “təvəkkül Allaha” deyib kredit götürür.

    Beyninə düşüb gedib kredit götürüb, sonu nə olar-olar. İnsan yorğanına görə ayağını uzatmalıdır.Hər kəs öz imkanları daxilində hərəkət etməlidir.Mən xalqı müdafiə etməkdən çəkinmirəm.

    Kredit götürüb maşın alır, amma nəzərə almır ki, ödəyə biləcək, yoxsa yox.Acından ölür, amma kreditə girir.Bununla bağlı mənə də xeyli vətəndaş müraciət edib.Amma əhalinin banklara olan borcları silinərsə, mən buna çox sevinərəm”.

    Deputat bilmir ki, acından ölən niyə kredit götürür.Belə sərsəm mövqe sərgiləyib.Keçək digər deputata.

    Milli Məclisin deputatı Jalə Əliyeva Azərbaycan hökumətinin problemli kreditlər məsələsinə bu münasibətinə çox qəribə bir “arqumentlə” haqq qazandırmağa çalışıb. “AzPolitika.info”-nun məlumatına görə, deputat sözügedən mövzu ilə bağlı “meydan.tv”nin sorğusuna belə cavab verib:

    “Bank kreditlərinin qaytarılması hər zaman gündəlikdədir.Sadəcə, Azərbaycan müharibə şəraitində olduğundan müəyyən strateji və siyasi məsələlər var ki, həllini tapmasa, mümkün deyil”.

    “Gürcüstan da müharibə şəraitindədir və üstəlik Azərbaycan kimi neft vəsaitlərinə malik deyil. Belə olduğu şəraitdə Gürcüstan problemi həll etdisə, Azərbaycan hökuməti oxşar addım ata bilməzmi” sualına Jalə xanım belə cavab verib:

    “Bizim ölkəmizdə də bir çox addımlar atılır ki, digər qonşularımızda atılmır. Məsələn, vətəndaşın sosial müdafiəsi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Ona görə belə qiymətləndirməyək ki, orda oldu, burda niyə olmadı.Ancaq bank borcları davamlı olaraq gündəliyə çıxarılır və hər birimizin arzusu odur ki, məsələ öz həllini tapsın”.

    “Gürcüstan borcları silir, Azərbaycan isə vaxtı keçmiş kreditlərə görə hələ də əlavə faizlər hesablayır və cərirmələr kəsir”.Bu fikirləri isə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

    O, xatırladır ki, Gürcüstan hökuməti 600 mindən çox vətəndaşın banklar, onlayn kredit verən maliyyə təşkilatları və digər maliyyə qurumlarına olan 564 milyon dollaradək borclarının silinməsinə qərar verdi:

    “Bu qərar gələn ayın 15-dən 31-dək hakim partiyaya yaxın olan Carty fondu tərəfindən icra olunacaq.

    Gürcüstanın belə bir qərar verməsi daxildəki siyası durumla əlaqəli olsa da, istənilən halda aşağı məbləğli borc vəsaitlərin silinməsi praktikası baxımından Azərbaycan üçün də maraq kəsb edə bilər. Odur ki, bu məsələni yenidən gündəmə gətirmək istərdim”.

    Ekspert vurğulayıb ki, dəfələrlə təkliflər irəli sürülməsinə baxmayaraq, Azərbaycan hökuməti hələ də vaxtı keçmiş borcların məhkəmələr vasitəsilə həllinə çalışır və mövcud problemin çözülməsi istiqamətində heç bir addım atmır:

    “Hesab edirəm ki, Azərbaycanda da məbləği 5000 minə qədər olan borcların silinməsi hazırda getdikcə yoğunlayan borc probleminin həllinə, eləcə də borcluların sosial-iqtisadi proseslərdə iştirak imkanlarına əhəmiyyətli töhfə olardı.

    Məlumat üçün qeyd edim ki, rəsmi məlumatlara görə Azərbaycanda problemli kreditlərin həcmi 1,8 milyard manat, qeyri-rəsmi məlumatlara görə 3 milyard manatdan çoxdur.

    Bu məbləğ hər ay artır. Odur ki, hesab edirəm ki, ilk növbədə hökumət bu borcların təsnifatını açıqlamalı, sonra isə 5 min manata qədər olan hissə ayrıca təsnif olunaraq, silinməlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR