Moskva və Tehran 2025-ci ilin mart ayının sonuna kimi Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamaq haqqında saziş imzalayacaqlar. Bu barədə TASS İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlaliyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian yanvarın 17-də Moskvada danışıqlar zamanı 2025-ci ilin mart ayının sonuna kimi tikintiyə başlamaq haqqında saziş imzalamaq barədə razılığa gəliblər.
“Martın sonunadək dəmir yolunun tikintisi ilə bağlı müqavilə imzalanacaq, Rusiya tərəfi tikinti işlərinə başlayacaq.
Uzunluğu 162 km olan Rəşt-Astara hissəsi İranın ən mühüm dəmir yolu layihəsidir. Yol İran, Azərbaycan və Rusiya dəmir yollarını birləşdirməli olan Astara-Rəşt-Qəzvin nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhliz, öz növbəsində, Rusiya, İran, Azərbaycan və Hindistan avtomobil yollarının inteqrasiyası üçün nəzərdə tutulan beynəlxalq Şimal-Cənub layihəsinin bir hissəsidir. 2023-cü ilin mayında Moskva və Tehran İranda qərbi Rəşt-Astara dəmir yolunun sonuncu hissəsinin tamamlanmasına dair sənədlər imzalayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.