AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BP Azərbaycan Xəzər dənizində yeni platforma tikməyi planlaşdırır

  • + A
  • - A
  • Dünən, 18:35

    BP Azərbaycan Xəzər dənizində yeni platforma tikməyi planlaşdırır

    BP Azərbaycan Xəzər dənizində yeni platforma tikməyi planlaşdırır
    Bu, “Şahdəniz” yatağının ayrı-ayrı laylarından aşağı təzyiqli qazı toplamaq və onu Səngəçal terminalına çatdırmaq üçün nəzərdə tutulmuş tamamilə yeni kompressor platforması olacaq.

    Şirkətdən verilən məlumata görə, yeni platformanın tikintisi layihəsi gələn həftə ictimaiyyətə təqdim olunacaq, fevralın üçüncü həftəsində isə platformanın tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi hesabatı ilə bağlı ictimai dinləmələr keçiriləcək.

    — Yekun maliyyələşdirmə (FİD) ilə bağlı qərar bu il veriləcək, — şirkətin mətbuat xidmətindən bildirilib.

    Həmçinin qeyd olunur ki, platforma şəxs daimi iştirakı olmadan fəaliyyət göstərəcək.

    “Alfa” və “Bravo” platformalarından aşağı təzyiqli qaz burada toplanacaq və təzyiq artırıldıqdan sonra Səngəçal terminalına göndəriləcək”, - məlumatda deyilir. Eyni zamanda platformanın tikintisi milyardlarla dollar investisiya tələb edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR