AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Xidməti və "Caspian Energy Club"un birgə təşkilatçılığı ilə “B2G Forumu” keçirilib

  • + A
  • - A
  • Dünən, 21:35

    Dövlət Xidməti və "Caspian Energy Club"un birgə təşkilatçılığı ilə “B2G Forumu” keçirilib

    Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun fəaliyyəti çərçivəsində təşkil olunan tədbir zamanı dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən rəqabət və dövlət satınalmaları sahəsində həyata keçirilən institusional islahatlar barədə müzakirələr aparılıb.

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və “Caspian Energy Club”un birgə təşkilatçılığı ilə “B2G Forumu” (Biznesdən dövlətə) keçirilib. Onlayn formatda təşkil olunan tədbirdə “Caspian Energy Club”a üzv olan və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən biznes subyektlərinin nümayəndələri iştirak edib.
    Forumda Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyevin çıxışları dinlənilib.
    Çıxışlar zamanı dövlət və özəl sektor arasında etibarlı və səmərəli əlaqələrin qurulması, rəqabətqabiliyyətli iqtisadiyyatın inkişafı və sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasında rəqabət qanunvericiliyinin tətbiqinin önəmi vurğulanıb. Bundan əlavə, dövlət satınalmalarına nəzarətin gücləndirilməsi, müvafiq sahənin elektronlaşdırılması və daha çox sayda sahibkarlıq subyektinin satınalmalarda iştirakının təmin edilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib. Habelə dövlət və özəl sektor arasında effektiv kommunikasiya mühitinin formalalaşmasında, biznes subyektləri ilə sağlam əməkdaşlıq əlaqələrinin inkişafında Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlər qeyd olunub.

    Sonda tədbir iştirakçılarının dövlət-özəl tərəfdaşlığı istiqamətində rəy və təklifləri dinlənilib, iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR