AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan otellərində fantastik Yeni il qiymətləri (SİYAHI)

  • + A
  • - A
  • 28-11-2018, 10:54

    Azərbaycan otellərində fantastik Yeni il qiymətləri (SİYAHI)














    Azərbaycanda Yeni il gecəsi və bayram ərəfəsində istirahət edənlər daha çox otellərə üz tuturlar. Xüsusilə, istirahət mərkəzlərində Yeni il şənliklərinin keçirilməsi vətəndaşların marağını cəlb edir.

    Bu üzdən də BAKU.WS Azərbaycanda Yeni il qeyd etmək istəyənlər üçün otellərdəki qiymətlərlə maraqlanıb.

    Qeyd edək ki, bu il Yeni il şənliyi təşkil olunan otellər daha çox Qəbələ, Quba, Qusar və Şamaxıda yerləşən otellərdir.

    Otel və orada qalmaq üçün tələb olunan qiymətləri təqdim edirik. Qeyd edək ki, qiymətlər iki nəfər üçün nəzərdə tutulub. Otellərin çoxunda 3 yaşa qədər uşaqlar üçün ödəniş tələb olunmur. 4-18 yaş uşaqlar üçün böyüklər üçün nəzərdə tutulan qiymətlərin 70 faizi tələb edilir.

    Azərbaycan otellərində fantastik Yeni il qiymətləri (SİYAHI)







    “Quba Palace Hotel” – iki gün 31 -2 dekabr iki nəfər üçün 1600 manat xərcləmək lazımdır. Bu qiymətlərə oteldə gecələmək və səhər yeməyi daxildir. Yalnız 31 dekabrda 3 dəfə yemək veriləcək. Burada 6 yaşdan yuxarı uşaqlar üçün 300 AZN tələb olunur.

    “Samaxi Palace Sharadil” – iki nəfər üçün 1280 AZN tələb olunur. 31 dekabr -2 yanvar Qala gecəsi, şou olacaq. 6 yaşdan yuxarı uşaqlar üçün 200 manat ödəmək lazımdır.

    Azərbaycan otellərində fantastik Yeni il qiymətləri (SİYAHI)









    “Sakit Göl Hotel” – Yeni il stolu 1000-1200 manat arasında dəyişir. 6 yaşa qədər olan uşağa bəzi xidmətlər pulsuzdur. 6-11 yaş üçün isə qiymət bir gün üçün 30 manatdır. 12 yaş uşaqlar üçün isə 60 manatdır.

    “Marxal Resort & Spa” – iki nəfər üçün 1290 AZN xərcləmək lazımdır. Bu qiymətə şou və spa xidməti daxildir. 6 yaşlı uşaqlar üçün isə 234 AZN ödəmək lazımdır.


    “Qafqaz Sport Hotel” – 1384 AZN ödəmək lazımdır. Bu xidmətə oteldə 2 gecə keçirmək və səhər yeməyi və Qala gecəsi- şou proqram daxildir. Əlavə qidalanmaq və digər xidmətlər isə pulludur.

    “Qalaaltı Hotel & Spa Şabran” – iki nəfər üçün 1080 AZN tələb olunur. 31 dekabr -2 yanvar Qala gecəsi, şou olacaq. 6 yaşdan 12 yaşa qədər uşaqlar üçün 150 manat ödəmək lazımdır. 12 yaşdan yuxarı uşaqlara görə isə 360 manat tələb olunur.

    “Qafqaz Riverside Resort Hotel” – iki nəfər üçün 1040 AZN tələb olunur. Bu pula səhər yeməyi və 31 dekabr Qala gecəsi, şou daxildir. 6 yaşdan 12 yaşa qədər uşaqlar üçün 110 manat ödəmək lazımdır.

    “Qafqaz Karvansaray Hotel” – iki nəfər üçün 709 AZN tələb olunur. Bu pula səhər yeməyi və 31 dekabr Qala gecəsi, şou daxildir. 3 yaşa qədər uşaqlar üçün pul tələb olunmur. 6 yaşa qədər uşaqlar üçün 54 manat ödəmək lazımdır. 6 yaşdan yuxarı uşaqlara 90 AZN, 12 yaşa qədər uşaqlar üçün isə 201 manat ödəmək lazımdır.

    “Gabala City Hotel” – – iki nəfər üçün 102 AZN tələb olunur. Yeni il şənliyi olmayacaq. 6 yaşdan 12 yaşa qədər uşaqlar üçün 9 manat ödəmək lazımdır. 12 yaşdan yuxarı uşaqlara görə isə 19 manat tələb olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR