AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aydın Talıbova məxsus şirkətlərdən birinin 1,4 milyon manatdan çox vergi borcu yaranıb

  • + A
  • - A
  • Bu gün, 10:43

    Aydın Talıbova məxsus şirkətlərdən birinin 1,4 milyon manatdan çox vergi borcu yaranıb

    "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-nin dövlət büdcəsinə 1 milyon 444 171 manat 22 qəpik vergi borcu yaranıb.

    innews.media xəbər verir ki, qanuni təmsilçisi Sərdarov Vüqar Ziyadxan oğlu olan şirkətin nizamnamə kapitalı 1 milyon manatdır.

    Aydın Veysəl oğlu Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxil olan "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC vergi borcuna görə ötən ilin sonlarında məhkəməyə verilmişdi.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi MMC-nin qanuni təmsilçisi Vüqar Sərdarovla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdi.

    İttiham üzrə işin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR