AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pensiya artımı inflyasiya riskini artıra bilərmi? — RƏSMİ CAVAB

  • + A
  • - A
  • 7-02-2020, 15:45

    Pensiya artımı inflyasiya riskini artıra bilərmi? — RƏSMİ CAVAB


    "Bizim hesablamalarımız onu göstərir ki, ciddi inflyasiya üçün hər hansı bir təhlükə yoxdur".
    Report xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında deyib.
    Onun sözlərinə görə, inflyasiya idarə oluna bilən şəkildədir:

    "Aidiyyəti dövlət qurumları, o cümlədən Mərkəzi Bank tərəfindən sabit saxlanılması üçün müvafiq maliyyə alətlərindən istifadə edilməklə tədbirlər görülür. Ötən il pensiya və əməkhaqqı artan zaman inflyasiya bizim proqnozlarımızdan da aşağı səviyyədə oldu. Buna görə də geniş sosial paketin həyata keçirilməsi vətəndaşlarımız üçün ciddi bahalaşma riski yaratmır".

    S.Babayev qeyd edib ki, ötən il orta əməkhaqqı və orta pensiya 15%, sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artıb:

    "Lakin inflyasiya 2,6 faiz olub. Bu onu göstərir ki, vətəndaşların gəlirləri inflyasiyadan altı dəfə çox artıb. İnflyasiya təhlükəsi gözləmirik. Hökumət tərəfindən təsdiq edilmiş çərçivə var və bunun daxilində inflyasiyanın saxlanması üçün AMB və aidiyyəti dövlət qurumları tərəfindən tədbirlər görüləcək. Mən inanıram ki, bu ildə inflyasiyanın qarşısı alınacaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR