AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PAYTAXTIN 4 RAYONUNUN QAZ TƏCHİZATINDA MÜVƏQQƏTİ FASİLƏ YARANACAQ

  • + A
  • - A
  • 9-09-2021, 19:54


    “Böyük-Şor" QPS-dən “30-cu sahə” QPS istiqamətinə yeni çəkilmiş yüksək təzyiqli magistral qaz kəmərinin mövcud şəbəkəyə birləşdirilməsi, həmçinin “Böyük-Şor QPS - Böyükşor yol qovşağı” Magistral Qaz Kəməri üzərində 2 ədəd siyirtmənin quraşdırılması məqsədilə 10.09.2021-ci il tarixində saat 09:00-dan paytaxtın 4 rayonu üzrə qaz təchizatı məhdudlaşdırılacaq. Bu barədə Azadmedia.az-a "Azəriqaz" İB-dən məlumatda deyilir. Qeyd edilir ki, təmir zamanı Nizami rayonunun (tam olaraq), Xətai və Nərimanov rayonlarının bir hissəsinin, həmçinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin həm əhali, həm də sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR