Novruz bayramı haqqında yazıma Ulu Öndər Heydər Əliyevin tarixi çıxışı ilə başlamaq istərdim: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”
Novruz bayramlarında Ulu Öndərin yaddaşlara həkk olunan çıxışını sevə-sevə dinləyir və bu gün biz artıq ikinci ildir ki, Novruz bayramını işğaldan azad etdiyimiz torpaqlarda keçirə bilirik. Bu sevincə görə Ata vəsiyyətini çox məharətlə yerinə yetirən Ali Baş Komandan Prezident İlham Əliyevə borcluyuq və sonsuz minnətdarıq. Ümummilli Lider Heydər Əliyev siyasi kursunun bu günə qədər həyata keçməyən təşəbbüsü olmamışdır. Qarşıda hələ böyük nailiyyətlərimiz heçkəsə sirr deyil ki, qaçınılmazdır.
Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir. Qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyət, ölkəmizin demokratik dövlət olduğuna və bu dəyərlərə mükəmməl riayət etdiyimizə bariz nümunədir. Azərbaycan dövlətində Yeni Azərbaycan Partiyası tərəfindən demokratik dəyərlərə çox həssaslıqla yanaşılır, insan haqları nümunə olacaq səviyyədə qorunur. Demokratiyada hərkəsin bilməsi gərəkdiyə məqam ondan ibarətdir ki, demokratiyanın zirvə nöqtəsi yoxdur, ancaq bütün dünyaya nəzərən Azərbaycan dövləti demokratik dəyərlərə ən yaxşı sadiq ölkə olmaqda nümunədir.
Azərbaycanın Birinci vitse-prezidenti UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.”
Ümummilli Heydər Əliyevin xalqımızı sıx birləşməyə, bir olmağa səslədiyi çıxışlarını, çəkdiyi zəhmətlərini saymaqla bitməz.
Prezident İlham Əliyev hər il səmimi olaraq Azərbaycan xalqının Novruz bayramını təbrik edir, onlara xoş arzularını çatdırır. Azərbaycan xalqı tərəfindəndə hər il milyonlarla xoş sözlərdən ibarət təbrik məktubu Müzəffər Ali Baş Komandan İlham Əliyevin unvanına göndərilir.
Dövlətimiz tərəfindən bu və digər bütün adət-ənənələrimizə çox həssaslıqla və diqqətlə yanaşılır.
Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan dövləti. Novruz bayramını qeyd edən hərkəsin bayramını səmimi olaraq təbrik edirəm. Gələcək günlərində kin-küdrətsiz, sağlam, xoşbəxt günlər arzulayıram. Bütün ziddiyyətlərin aradan götürülməsini arzu edirəm.
Mircalal Mehdiyev
Lənkəran rayonu, Moğonojba kənd sakini.