Torpaqlarımızın düşməndən təmizlənməsi tarixi qələbədir
Təbii gözəlliyi, əsrarəngiz mənzərələri ilə insanı valeh edən Kəlbəcərə Tanrı bütün gözəllikləri verib. Uca dağlar qoynunda yerləşən bu diyar mərdlər, igidlər oylağı olub həmişə. Kəlbəcər rayonu ərazisi zəngin faydalı qazıntılarla, o cümlədən qızıl, gümüş, mis, xrom, civə, tellur, selen. kimi yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Söyüdlü, Ağduzdağ və Qızılbulaq qızıl, Şorbulaq və Ağyataq civə və Mehmana polimetal yataqları xüsusilə əhəmiyyətlidir. Rayon ərazisində böyük ehtiyatlara malik əlvan və üzlük daşlar, inşaat materialları yataqları mövcuddur. Kəlbəcərin Söyüdlü – Zod qızıl yatağı qədim tarixə malikdir. Söyüdlü sahəsində 1970 – 80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni “qızıl şəhəri” adı ilə məşhur olub.İşğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları uzun illər Ermənistan tərəfindən talan edilib.
Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatlar səbəb nəticəsində Məğlubedilməz Azərbaycan Ordusu Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsini və zirehli texnikasını məhv etdi.1993--cü ildə Ermənistan mənfurları tərəfindən işğal edilmiş Kəlbəcər, 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri tərəfindən boşaldılaraq Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilmişdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında
Təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1993-cü ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub, dağ yolları ilə, ayaqyalın, piyada şəkildə erməni təcavüzkarlarından qaçıb xilas olublar. Onların bir çoxu qırğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Bu baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün mühümdür.Əşyalarını belə götürüb tərk edən erməni illərlə yaşadığı, barını bəhrəsini gördüyü torpağa da qənim kəsildi. Meşələr yandırıldı təbiət amansız istismara düçar edildi. Çünki bu torpaqlar onların deyildi.
Neçə ilin həsrətindən sonra , Azərbaycanın və dünyanın hər yerindən insanlar bu yerlərə axın edir, sanki, illərin həsrətini üzərindən atmağa çalışır xalqımız. Bu gün işğaldan azad olunmuş torpaqlara baş çəkən hər bir insan, hər bir azərbaycanlı görür ki, işğaldan azad olunmuş torpaqları bərpa olunur, dirçəlir və abadlaşır.Dövlətimizin başçısının dediyi kimi, biz bütün şəhər və kəndlərimizi bərpa edəcəyik, yenidən quracağıq və işğaldan azad edilmiş bütün bölgələrimizə həyat qayıdacaqdır!
Fərəcov Natiq- Masasllı şəhər 6 saylı tam orta məktəb