Qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqu Laçın-Şuşa yolunda dekabrın 12-dən etiraz aksiyası keçirir. Davam edən etiraz aksiyasının qeyri-qanuni fəaliyyətlərə qarşı Azərbaycan ictimaiyyətinin haqlı narazılığının nəticəsi olduğu, Azərbaycanın əslində öz narahatlıqlarını dialoq yolu ilə həll etməyə çalışdığı diqqətə çatdırılıb.
Çıxış zamanı, Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə mavi yanacağın təchizatını dayandırmasına dair yayılan dezinformasiyalara münasibətim belədir ki, sözügedən ərazilərdə qaz təchizatının Ermənistan tərəfindən həyata keçirildiyini və həmin ərazilərin ölkəmizin qaz təchizatı sisteminə inteqrasiya olunmadığını diqqətə çatdırıb. Bununla yanaşı, hər hansı bir texniki nasazlıq şəraitində də, əvvəllər olduğu kimi problemin aradan qaldırılması istiqamətində Azərbaycan tərəfinin dialoqa hazır olduğunu vurğulayıb.
Ölkəmizin ardıcıl olaraq beynəlxalq ictimaiyyətin diqqətini məhz üçtərəfli Bəyanatın icrasına, o cümlədən Laçın yolundan istifadənin Ermənistan tərəfindən kobud və açıq şəkildə pozulmasına yönəldilmişdir. Ermənistan üçtərəfli Bəyanatı kobudcasına pozaraq Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətlər, minaların ötürülməsi və xarici vətəndaşların qanunsuz səfərləri üçün sui-istifadə etməsindən, habelə bundan irəli gələn mövcud mina təhlükəsinin ağır nəticələrindən bəhs edib. 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 276 vətəndaşımızın mina partlayışından zərər çəkdiyini, həlak olan 46 nəfərdən 35 nəfərin mülki şəxs olduğunu vurğulanıb.
Azərbaycan tərəfindən məsələ ilə əlaqədar detallı informasiyanın verilməsinə baxmayaraq, bəzi ölkələrin XİN-ləri tərəfindən verilən reaksiyaların qərəzlidir. bu kimi addımların mövcud problemlərin həllinə istiqamətlənmədiyini, əksinə Azərbaycanın suveren ərazilərində təbii sərvətlərin qanunsuz istismarını davam etdirmək istəyənləri cəsarətləndirir.
Azərbaycan ərazisində yerli erməni sakinlərin reinteqrasiyası naminə Azərbaycan tərəfindən təşviq edilən addımların dəstəklənməsinə çağırış edib.
Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi soyqırımı, işğalçılıq, terrorçuluq siyasəti ilə yanaşı, yürütdüyü ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi zərər vurulmuş, beynəlxalq ekoloji cinayət törədilmişdir. Müxtəlif nadir bitki və heyvan növləri məhv olmuş, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarmışdır. Transsərhəd çay olan Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalmış və Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərmişdir.
Qeyd etmək istərdim ki, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir.
Təəssüflə vurğulamaq istərdim ki, Azərbaycanın müvafiq dövlət qurumları, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmaq istəsə də, sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb, nümayəndə heyəti hər iki istiqamətdə təxribatla üzləşib.
Bütün bu baş verənlərə etiraz olaraq Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri, ekoloji hüquqların müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərdə, o cümlədən milli qanunvericilikdə təsbit olunmuş hüquqlarından, xüsusilə sağlam ətraf mühitdə yaşamaq, sərbəst toplaşmaq, sərbəst hərəkət etmək, fikir və söz azadlığı hüquqlarından istifadə edərək hüquqların pozulmasına bilavasitə təsir göstərən ekoloji fəsadlara səbəb olan hallarla bağlı haqlı narazılıqlarını bildirirlər.
Binə Xocavar kəndi-Ülvi Rufullayev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.