Çox insanlarda yedikdən sonra uzanmaq, yatmaq istəyi yaranır. Xüsusən axşam yeməyindən sonra dərhal yatanlar az deyil.
Lakin həkimlər yedikdən sonra azı 2 saat uzanmamağı tövsiyə edir, yatmaq isə ümumiyyətlə olmaz.
Medicina.az bunun səbəbini təqdim edir.
Ağır, yağlı,tutumlu yeməklərdən sonra orqanizm bütün gücünü həzmə səfərbər etdiyi üçün bədən rahat vəziyyət axtarır ki, əlavə enerji sərf olunmasın. Bu isə uzanmaqdır. Sanki beyin özü də insana uzan əmri verir. Lakin qeyri-iradi istəyə tabe olmamaq, güzəştə getməmək lazımdır.
Gözləriniz yumulsa belə bədəni dik saxlamağa çalışın, ən azı 1-2 saat.
Yedikdən sonra uzanmaq öd, mədəaltı vəz, mədə, 12 barmar bağırsağın xroniki xəstəliklərinə səbəb olur. Mədə şirəsi boğaza axır, öd mədəyə geri dönür, bu zaman reflüks ezofagit, diafraqmal yırtıq, qida borusunun yanması və gələcəkdə xərçəng qaçılmazdır.
Qıcqırma, mədə turşuluğu, öd diskineziyası, QERB kimi xəstəliklər məhz yeyib uzananlarda çox rast gəlinir.
Yedikdən sonra ayaq üstə yüngülcə gəzişmək və ya kürəyin arxasına yastıq qoyub yarı uzanılı vəziyyətdə əyləşmək həzm orqanlarının işini rahatlaşdırar, artıq çəkinin qarşısını alar. Xüsusən uşaqların yedikdən sonra divanda uzanmalarına imkan verməyin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.