AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təranə: “Həyatımdakı şəxs məni maddi cəhətdən təmin edir”

  • + A
  • - A
  • 14-08-2020, 13:15

    Təranə: “Həyatımdakı şəxs məni maddi cəhətdən təmin edir”

    “Prodüser kimi bir neçə dəfə təkliflər aldım, amma qarşı tərəfin müəyyən xüsusiyyətləri məni qane etmədiyinə görə razılaşmadım. İmtina etməyə üstünlük vermişəm”.

    Bunu prodüser Təranə Səmədova Axşam.az-a açıqlamasında deyib.

    Uzun müddətdir çalışmayan Təranə sevdiyi şəxsin ona maddi və mənəvi dəstək olduğunu bildirib:

    “Pandemiya dönəmində, o dönəmə qədər və hazırda həyat dostum məni və ailəmi maddi cəhətdən təmin edib. Bundan sonra isə aldığım növbəti təkliflərdən bir neçəsini dəyərləndirirəm.

    Onlardan biri yeni sosial layihə olan qısametrajlı filmdir. Rejissorluğunu Elvin İsmanın edəcəyi filmin əsas məqsədi son illərdə boşanmaların sayının çoxalmasından bəhs edir.

    Düşünürəm ki, ötürəcəyimiz mesajla bir çox gənc ailələrin dağılmasının qarşısını ala biləcəyik.

    Digər təklif yenə də bir neçə müğənnini tanıtmağımla bağlıdır, düşünürəm ki, artıq birini dəyərləndirəcəyəm. Ən istedadlısını seçməyə qərar vermişəm. Daha iki təklifi isə tam start veriləndə açıqlayaram”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR