AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın yeganə keçəci rəssamı dünyasını dəyişdi

  • + A
  • - A
  • 14-04-2021, 17:28


    Koronavirusa yoluxan Azərbaycanın yeganə keçəçi rəssamı Rauf İsmayılov az əvvəl dünyasını dəyişib.

    Bu barədə Bizim.Media-ya rəssamın həyat yoldaşı Xanım İsmayılova məlumat verib. Rauf İsmayılov 10 gündən artıq idi ki, müalicə aldığı Zığ modul tipli xəstəxanada komada düşmüşdü.

    Qeyd edək ki, koronavirusa yoluxan yeganə keçəci rəssam martın 19-da Zığ Modul tipli xəstəxanaya yerləşdirilmişdi. Həyat yoldaşının bildirdiyinə görə ağciyərində 70 faiz buzlu şüşə diaqnozundan əziyyət çəkirdi.

    Onu da bildirək ki, sənətkarın ayağa qalxması üçün həyat yoldaşı bir neçə dəfə Bizim.Media vasitəsilə Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqından dəstək istəmişdi.

    Xanım İsmayılova rəssamın əsərlərinin satışının təşkil olunması və iki əməliyyatdan sonra ailənin yaranmış borclarının qarşılanması üçün iki dövlət qurumuna üz tutmuşdu. Amma hər iki qurumdan bu günə qədər hər hansı reaksiya bildirilməyib.

    Xatırladaq ki, Rauf İsmayılov 1957-ci ildə Mingəçevir şəhərində doğulub. Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Humay" Milli və “Sultan Məhəmməd” mükafatlarının laureatı, Azərbaycanın ilk və yeganə keçəçi-rəssamıdır.

    Uzun illər İncəsənət və Qərb Universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub.

    Əsərləri dünyanın ən mötəbər sərgi salonlarında, eləcə də Azərbaycanda Rüstəm Mustafayev adına muzeydə, Müasir İncəsənət Muzeyində, Xalça Muzeyində qorunur və nümayiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR