AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nurəddin ƏDİLOĞLU: “Onlar Azərbaycan adlı məmləkətin varlığını yaşatmaq üçün şəhid olublar”

  • + A
  • - A
  • 22-05-2021, 11:17

    Yazıçı - publisist Nurəddin Ədiloğlu tarixi və müharibə mövzusunda qələmə aldığı romanlarla yanaşı 20-dən çox bədii- publisistik kitabın və bir neçə səhnə əsərinin müəllifidir. Əsərləri Türkiyədə və İranda nəşr olunub. Bu günlərdə Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının yazıçının “Şəhidlik döyür qapını, igidim dur, qapını aç!” essesinin mötivləri əsasında hazırlanmış “Kövrələn buludlar...” adlı virtual tamaşa-kompozisiyasını onlayn izləyicilərinə təqdim edib. “AzadMedia. Az” saytının Cənub regional bürosunun rəhbəri Rəmzi Şahverdiyev tamaşadan sonra müəllifin Xalq teatrının "Kövrələn buludlar" adlı virtual tamaşa barədə fikirlərini öyrənib. Həmin müsahibəni saytımızın oxucularına təqdim edirik.

    - Əvvala onu deyim ki, Xalq teatrının Masallı şəhidlərin xatirəsinə həsr etdiyi silsilə virtual kompozisiyalar hərbi -vətənpərvərlik tərbiyəsi baxımından çox təqdirəlayiq layihədir. Bu virtual kompozisiyalar ilk növbə özündə şəhidlik məqamının müqəddəsliyini, şəhidlərə və onların valideynlərinə olan ümumxalq ehtiramı və sevgisi kimi ali dəyərləri cəmləyib. Ədəbi-bədii kompozisiyada teatrın kollektivi ilə bərabər, kollec tələbələrinin rol alması onların gələcək həyatında əhəmiyyətli rol oynayır və eyni zamanda hər hansı səhnə əsərini daha da baxımlı olmasına yardımçı olur. İstedadlı müğənni Miriş Hüseynovun şəhid Elmir Akifzadəyə həsr etdiyi musiqi parçası isə məni çox kövrəltdi.

    -Siz bir müəllif kimi belə virtual tamaşaların daha baxımlı olması üçün teatrın yaradıcı kollektivinə nəyi tövsiyə edərdiniz?

    -Təbii ki, belə virtual tamaşaları teatrlar koronavirus pandemiya təhlükəsi bitmədiyi üçün göstərirlər. Masallı Xalq Teatrı hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığım “Şəhidlər anası” əsəri əsasında hazırladığı tamaşanı ötən ilin mayında da canlı təqdim etmişdir. Amma Xocalı faciəsindən bəhs edəb o darm əsəri ilk dəfə bu teatrın səhnəsində 1994-cü ilin fevralında oynalımışdır. O zaman ana rolunda səhnəyə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktirisası, Respublikanın xalq artisi Böyükxanım Əliyeva çıxanda zalda 400-ə yaxın tamaşaçı əyləşmişdi. Onu da qeyd edim ki, 2017-ci ilin iyununda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının səhnəsində oynalınan “Şəhidlər anası” II Respublika Xalq Teatrları Festivalının diplomları ilə təltif olunub. Həvəskar aktyorlar Aybəniz Həsənova, Əfqan Əliyev, Rövşən Muxtarlı, Ruhil Alkişiyev, Masallı Dövlət Regional Kollecinin tələbələri Əsmər İsmayıllı, Şahsənəm Quluzadə, Əfsanə Məmmədzadə və Elvin Azəroğlunun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı...

    Qaldı Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Elmir Akifzadənin əziz xatirəsinə həsr olunan virtual tamaşa-kompozisiyada mənim fikrimcə, onlayn izləyicilərin şəhid barəsində informasiya tələbatı ödənilməlidir.

    -Saytımızda Masallı şəhidləri haqqında silsilə yazılarınız dərc olunur. Bəs bu yazılarınız kitab halında oxuculara nə vaxt təqdim olunacaq?

    -Vətən müharibəsində qəhrəmancasına həlak olmuş Masallı şəhidləri haqqında kitabın yazılması və onun nəfis tərtibatla nəşrə hazırlanması təşəbbüsünü Milli Məclisin deputatı Məşhur Məmmədov irəli sürüb. Kitaba 52 nəfər Masallıda və 11 nəfər ölkəmizin başqa regionlarında dəfn olunmuş əslən Masallıdan olan şəhidlər haqqında məqalələr toplusu daxil ediləcək. Fürsətdən istifadə edb öz qəhrəman həmyerlilərimiz haqqında kitabın araya-ərsəyə gəlməsində mənə köməklik göstərən Masallı Təhsil Fondunun əməkdaşlarına, xüsusi ilə millət vəkilinin ictimai əsaslarla köməkçisi Hekayət Nəzərova minnətdarlığımı bildirmək istəyirəm. İki kitabdan ibarət olan “Şəhidlik manifesti” adlı toplunun birincisi artıq nəşrə hazırdır. Bizim hər birimiz bu gün şəhidlərimizin ruhu qarşısında çox borcluyuq. Onlar Azərbaycan adlı bir məmləkətin, ulu bir millətin varlığını yaşatmaq üçün şəhid olublar...

    Düşünürəm ki, birinci kitabımız Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümünə kimi işıq üzü görəcək. Onu da qeyd edim kitab Masallı Xalq teatrının repertuarı üçün olduqca maraqlı faktlarla zəngindir. Hər bir şəhidimizin ömrü qısa olsa da, onların qəhrəmanlıqlarını qalın cildli kitablara sığdırmaq olmaz.

    -Müsahibəyə görə çox sağ olun!

    Müsahibəni hazırladı: Rəmzi Şahverdiyev



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR