Noyabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, bəstəkar Ramiz Mustafayevin "Vaqif" operasının tamaşası keçiriləcəkdir. Tamaşa görkəmli xanəndə, Respublikanın Xalq artisti Xalq Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunmuşdur.
Opera tamaşasında Teatrın aparıcı solistləri Azərbaycan Respublikasının Əməkdar artistləri Ramil Qasımov (Vaqif), Fəridə Məmmədova (Xuraman), Fərid Əliyev (şah Qacar), Cahangir Qurbanov (Eldar), Tural Ağasıyev (Əlibəy), Elnur Zeynalov (Xanəndə), Xalq artisti Əli Əsgərov (Vəzir), solistlərdən beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev (İbrahim xan), AytənMəhərrəmova (Qarı), Rza Xosrovzadə (Vidadi), Zümrüd Davudova (Gülnar) və b. iştirak edəcəklər.
Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.
"Vaqif" operasının quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.