AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əməkdar artist opera sənətinin beşiyi İtaliyaya dəvət olunub

  • + A
  • - A
  • 7-06-2021, 13:10


    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist, Respublika Prezidenti mükafatçısı və "Humay" milli mükafatı laureatı Afaq Abbasova opera sənətinin beşiyi İtaliyaya dəvət olunmuşdur. Teatrın mətbuat xidmətindən Azadmedia.az-a verilən məlumata görə gənc vokalçımız bir neçə həftə idi ki, İtaliyanın Triyest şəhərinin Cüzeppe Verdi adına Opera Teatrında həyata keçirilən xüsusi layihədə iştirak edirdi. Bu teatrda ilk dəfə italyan bəstəkarı Ottorino Respicinin "Al Mulino" (libretto müəllifi Alberto Donini) operasının quruluşu ilə bağlı layihə həyata keçirilirdi. Layihənin rəhbərlərindən olan dirijor Fabrizio Da Ros vokalçımıza əsas partiyanın - Aniuska partiyasının ifasını həvalə etmişdi. Qeyd edək ki, bu partiyanın ifası üçün dünyada tanınmış daha bir neçə ifaçı dəvət olunmuşdu. Məşq prosesində məhz Afaq Abbasova öz professional ifası ilə daha çox bəyənilmiş və onun layihədə iştirakı təsdiq olunmuşdur.
    Artıq "Al Mulino" operasının audio diskinin yazılışı başa çatmış və həmin disk dünyanın bir çox opera teatrlarına göndəriləcəkdir.
    Tamaşanın premyerası 2022-ci ildə baş tutacaq və Afaq Abbasova premyerada iştirak edəcəkdir. Vokalçımızın ifası C.Verdi adına Teatrın direktoru tərəfindən də yüsək qiyməyə layiq görülmüşdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR