AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hüseyn Cavidin ABŞ-dakı büstünü kim hazırlayıb?

  • + A
  • - A
  • 5-05-2022, 10:52

    Hüseyn Cavidin ABŞ-dakı büstünü kim hazırlayıb?


    2 ilə yaxındır bu layihənin üzərində işləyirdik. Bir neçə eskizə baxış keçirdik. Nəticədə divara birləşmiş barelyef forması hazırlamağa qərar verdik. Hazırlama prosesi çox uzun çəkdi. Komanda şəklində işlədik.

    Bu sözləri Kult.az-a Hüseyn Cavidin ABŞ-da qoyulmuş barelyefini hazırlayan heykəltəraş Kamran Əsədov deyib.

    O bildirib ki, yaxın gələcəkdə barelyefin binanın üzərinə quraşdırılması planlaşdırılır:

    “Bu işdə ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışovun çox böyük əməyi keçib. Büstün materialı bürüncdəndir. Bakıda “Art bronze” şirkəti ilə birgə hazırlanıb. Məlumat lövhəsində ingilis dilində məlumat verilib. Hətta QR kodla Hüseyn Cavidin ev muzeyinin səhifəsinə keçid vermişik ki, xarici vətəndaşlar dramaturq barədə daha ətraflı məlumat ala bilsinlər. Bu, bizim üçün yeni təcrübə idi. Hüseyn Cavid irsini araşdıranlarla birgə bu layihədə iştirak etmək mənim üçün çox önəmlidir”.

    Qeyd edək ki, barelyef Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə hazırlanıb. Ötən gün ABŞ-da mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə barelyef ABŞ-Azərbaycan Ticarət Palatasına təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR