Türkiyənin ən məşhur televiziyalarından olan NTV kanalı Azərbaycanın mədəni irsini, tarixini, dünəni, bu gününü özündə əks etdirən geniş və maraqlı veriliş ərsəyə gətirib.
Bugun tv-yə bu barədə Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç məlumat verib. O bildirib ki, tanınmış aparıcı Esra Gezgincinin də qeyd etdiyi kimi veriliş bu dəfə “Atəşin və rüzgarın ölkəsi qəhrəmalar yurdu Qardaş Azərbaycanda… Dağın-daşın yandığı Abşeron yarımadasından, tarixi və modern memarlığı ilə bir nağılı xatırladan Bakıda… Dünyanın ilk açıq dəniz neft platformasından, türk dünyasının paytaxtı Şuşaya qədər uzanan gözəl bir yolculuq”la yadda qalacaq.
Paytaxt Bakıdan başlayan çəkiliş daha sonra Azərbaycanın digər bölgələrində də davam etdirilib. Qarabağa səfər təşkil olunub.
Məşhur aparıcı Esra Gezginci, verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışıb, Şuşanın nədən önəmli olması barədə NTV izləyicilərinə ətraflı məlumat verib.
Səlçuk Karakılıçın sözlərinə görə 10 gün ərzində çəkilən Əsrarəngiz Azərbaycan çox möhtəşəm görüntülərlə noyabrın 27-də Türkiyənin NTV kanalıda yayımlanacaq.