“Yol polisi deputat köməkçilərinin hərəkətinə icazə vermir” - Aqil Abbas
“Karantin vaxtı deputat köməkçilərinin sərbəst hərəkətinə icazə verilmir”.
AzadMedia.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, deputat köməkçilərini yol polisi saxlayır və hərəkətinə icazə vermir:
“Onların sistemdə icazəsinin olmadığını bildirir. Təklif edirəm ki, deputat köməkçilərinin karantin vaxtı sərbəst hərəkətinə icazə verilsin”.
Spiker Sahibə Qafarova bildirib ki, deputat köməkçiləri onlayn işləyir:
“Ancaq bu məsələyə baxarıq”.