AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan etibarlı tərəfdaş kimi əhəmiyyətli rol oynayır

  • + A
  • - A
  • 4-06-2022, 18:02

    Deputat: Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan etibarlı tərəfdaş kimi əhəmiyyətli rol oynayır
    Bildiyimiz kimi Rusiya və Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Bu konteksdə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan etibarlı tərəfdaş kimi əhəmiyyətli rol oynayır.

    Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov söyləyib.

    Deputat qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, həmçinin ölkəmizin sahib olduğu enerji potensialından effektiv istifadə olunmasına xidmət edir. Aparılan siyasət Azərbaycanı dünyanın enerji təchizatında strateji əhəmiyyətli ölkəyə çevirib.

    “Həm Avropa İttifaqı, həm də Amerika Birləşmiş Ştatları Azərbaycanın apardığı enerji siyasətini dəstəkləyir. Dünyanın ən böyük maliyyə institutları, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində birbaşa iştirak ediblər. Prezident İlham Əliyev son çıxışlarında bildirdiyi kimi, Avropa İttifaqı “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Eyni zamanda, Azərbaycan yalnız neft və qaz ixrac edən ölkə kimi yox, həmçinin bərpa olunan yaşıl enerji sahəsində sahib olduğu potensial və mövcud stabil mühit ilə də diqqəti cəlb edir. Bu amil ölkəmizi xarici investorlar üçün cəzbedici etməklə yanaşı, yaxın gələcəkdə Avropa ölkələrinə enerji ixrac etmə imkanlarını da gücləndirir. Məhz bu baxımdan ABŞ Prezidenti Cozef Bayden tərəfindən Prezident İlham Əliyevə ünvanlanan məktubda Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi tam potensiala nail olunması, şaxələndirilmiş iqtisadiyyatın təşviqi vurğulanır. Bundan əlavə, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə ətraf mühitin mühafizəsi istiqamətində qlobal hədəflərə dəstək verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, həmçinin Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində davamlı addımlarına dəstək ifadə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR