Avropa Azərbaycanın vacib rol oynadığı enerji təhlükəsizliyi ilə Ermənistan arasında seçim etməlidir.
Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilk növbədə Avropanın enerji təhlükəsizliyi üçün təhdiddir:
“Əgər Avropa öz enerji təhlükəsizliyində maraqlıdırsa, o zaman atəşkəs rejiminə əməl etməsi üçün Ermənistana təzyiq göstərməlidir. Azərbaycan Avropanın vacib enerji tərəfdaşıdır və öz enerji mənbələrinin şaxələndirilməsinə ehtiyac var. Ona görə Avropa bu amili diqqətdən qaçırmamalıdır”.
Qeyd edək ki, ilin sonunadək Xəzər regionundan Avropaya qaz tədarükünü təmin edəcək və yeni marşrut açacaq "Cənub Qaz Dəhlizi"nin işə salınması gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.