“QOVULMAMIŞAM, ƏSƏBLƏRİMLƏ BAĞLI ÇIXMIŞAM…” – Sabiq nazir müavini yeni vəzifə gözləyir
Prezident İlham Əliyevin noyabrın 20-də vəzifəsindən azad etdiyi energetika nazirinin müavini Natiq Abbasov “Report”a açıqlama verib. Keçmiş nazir müavini dövlət başçısının onunla bağlı sərəncamına münasibət bildirib və vəzifəsindən öz istəyi ilə azad edildiyini deyib: “Əsəblərimlə bağlı bir qədər narahatlığım var idi. Ona görə də işdən çıxmaq istədim. Müraciətimə müsbət yanaşdığına görə, prezidentə təşəkkür edirəm. Hər zaman bu dövlətlə, bu siyasətlə həmrəyəm. Bundan sonra harada və necə çalışacağımı zaman göstərər. Bu dövlət məni yetişdirib, hara istəsə ora da gedəcəyik”.
N.Abbasov nazir nazir Pərviz Şahbazovla münasibətlərinin yaxşı olmaması ilə bağlı deyilənlərə də aydınlıq gətirib: “Baxmayaraq ki, sərəncam bir neçə gündür verilib, amma indi işdəyəm, sənədlərimi yığıram. Yəni mən küsüb gedənlərdən, qovulanlardan deyiləm. Nazir çox gözəl insandır və onunla heç bir problemim olmayıb”.
***
6f338be8-f2f8-438b-84a6-c139e22e69b0Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli Sərəncamı ilə Natiq Balaş oğlu Abbasov energetika nazirinin müavini vəzifəsindən azad edilib.
Bu barədə Energetika Nazirliyindən “Report”a bildirilib.
Natiq Abbasov 2009-cu ildən energetika nazirinin müavini vəzifəsində çalışıb.