AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatlar Yeni ili harada qarşılayacaqlar?

  • + A
  • - A
  • 29-12-2018, 12:31

    Deputatlar Yeni ili harada qarşılayacaqlar?














    Daha bir il tarixə qovuşur. 2018-ci ili arxada qoyub, 2019-cu ilə qədəm qoyuruq. Hər il olduğu kimi, bu il də dekabrın 31-i ölkəmizdə həm Yeni il bayramı, həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunacaq. 31 dekabr gecəsində hər bir ailədə bayram süfrəsi açılacaq, təbriklər qəbul ediləcək. Bəs siyasilər, millət vəkilləri 31 dekabrı harada, kimlərlə və necə qeyd etməyi düşünürlər?
    Bununla bağlı Oxu.Az-ın sorğusuna bir neçə millət vəkilinin cavabını oxuculara təqdim edirik:

    Aydın Mirzəzadə: Yeni ili Bakıda, ailəmlə birlikdə qeyd edəcəm



    “Yeni ili və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Bakıda, ailəmlə birlikdə keçirəcəyəm. Parlamentin qış tətilindən istifadə edib, yanvarın 10-15 arası Mingəçevirdə seçicilərin qəbulunu keçirmək fikrindəyəm”.

    Sahib Alıyev: Yeni ildə evimdə oluram



    “İndiyə qədər, demək olar ki, bütün Yeni il bayramlarında evimdə oluram, yəqin ki, bu il də istisna təşkil etməyəcək. Yeni ili Bakıda, evimdə qeyd edəcəyəm”.

    Eldəniz Səlimov: Arzum odur ki, 2019-cu il Qarabağlı Azərbaycan kimi tarixə düşsün





    “Yeni ili və Həmrəylik gününü yenə doğma Xaçmaz rayonunda, valideynlərimlə, ailəmlə, seçicilərimlə birlikdə keçirəcəyəm. Hər il belə olub, bu il də belə olacaq. Hesab edirəm ki, Yeni ili öz doğma bölgəndə, ailənlə, əzizlərinlə keçirməkdən, qeyd etməkdən gözəl heç nə ola bilməz.

    Fürsətdən istifadə edib, hər bir kəsin, bütün dünya azərbaycanlılarının, Azərbaycan türklərinin həm Yeni ilini, həm də çox əziz Həmrəylik gününü təbrik edirəm, onlara xoşbəxtlik, səadət, sakitlik, əmin-amanlıq arzulayıram.

    Arzu edirəm ki, bu, bizim Qarabağsız sonuncu ilimiz olsun. 2019-cu il Qarabağlı Azərbaycan kimi tarixə düşsün. İnsanlarımızın torpaq, vətən, Qarabağ həsrətinə, göz yaşlarına, acılarına birdəfəlik son qoyulsun.

    Hər kəs Yeni ilini öz elində, öz obasında, öz ocağının başında qeyd etsin. İnanıram ki, belə olacaq”.

    Naqif Həmzəyev: Yeni ili Gəncədə keçirəcəm



    “Yeni ili ailəm və doğmalarımla doğma Gəncə şəhərində keçirəcəm. Həmçinin, şəhərdə keçiriləcək bayram tədbirlərinə qatılacam”.

    Sevinc Fətəliyeva: Evimdə, ailəmlə birlikdə Yeni ili qarşılayacağıq



    “Yeni il bu il də ənənəvi olaraq evdə, ailəmlə birlikdə qarşılayacam. Hər kəsin, bütövlükdə xalqımızın Yeni ili və Həmrəylik günü mübarək olsun!”

    Azər Badamov: Şahdağda xizək sürməyi nəzərdə tuturam



    “Qusar turizm rayonu kimi hamı tərəfindən sevilir. Ayın 15-dən sonra Şahdağ turizm kompleksində də qış mövsümünə start verilir.

    Rayonun bütün hotelləri turistlər tərəfindən indidən sifariş olunub. Demək olar ki, bayramlarda boş yerlər qalmayıb.

    Belə gözəl bölgəni təmsil etdiyimdən Yeni İl bayramını da, təbii ki, ailəmlə bir yerdə Qusar rayonunda keçirməyi planlaşdırırıq.

    Bayramda fürsətdən istifadə edərək seçicilərimin arasında olacağam, həm də Şahdağda xizək sürməyi nəzərdə tuturam”.

    Sona Əliyeva: Ölkədən kənara çıxa bilmirik


    “Mən bayramı ailəmlə birgə Azərbaycanda keçirəcəm. Hazırda qızım ali məktəbə hazırlaşır. Ona görə ölkədən kənara çıxa bilmirik”.

    Tahir Rzayev: Həm Bakıda, həm doğma Ağcabədidə olacam



    “Hər kəsi Yeni il və Həmrəylik Günü münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, Yeni il xalqımıza, dövlətimizə düşərli, uğurlu olsun, torpaqlarımız işğaldan qurtulsun, qaçqın-köçkünlərimiz öz yurd yerlərinə dönsün.

    Bu il də Yeni ili ailəmlə, övladlarımla, nəvələrimlə birlikdə qeyd edəcəm. Həm Bakıda, həm də doğma Ağcabədidə olacam”.

    Hüseynbala Mirələmov: Yeni ili öz ailənlə, öz doğmalarınla keçirməyin ayrı ləzzəti, ayrı gözəlliyi var





    “Yeni ildə Bakıda olmağı düşünürəm. Bu il də Yeni ili evimdə, ailəmlə birlikdə qeyd edəcəyəm. Yeni ili öz ailənlə, öz doğmalarınla keçirməyin ayrı ləzzəti, ayrı gözəlliyi var. Bu, sözlə ifadə oluna bilməz”.

    Fazil Mustafa: Adi günlərdən biri kimi yaşayacam



    “Həmişəki kimi Bakıda, evimdə olacam. Xüsusi olaraq qeyd etməyəcəm, adi günlərdən biri kimi yaşayacağam. Əlbəttə, Allah izin versə!”

    Hadi Rəcəbli: Ruhum bir az da təzələnəcək



    “Mən hər il olduğu kimi, bu il də bayramları doğma Lənkəranda keçirəcəyəm. Seçicilərimlə görüşəcəm. Şəhid ailələrinə baş çəkmək fikrim var. Bütün bunların nəticəsi o olacaq ki, mənim ruhum bir az da təzələnəcək. Doğma torpağa ayağım dəyəndə bir az da güclü olacağam. Ona görə Lənkəranda keçirəcəyəm bayramları”.

    Gövhər Baxşəliyeva: Bayram günləri yazı-pozularımla məşğul olacam



    “Yeni ili ölkədə ailəmlə birlikdə keçirəcəyəm. Bayram günləri isə yazı-pozularımla məşğul olacağam, yarımçıq işlərimi çalışacağam tamamlayım. “Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham. Yazaydım səhər-axşam” (M.Müşfiq).

    Planlar çoxdur, materiallar çox, neçə-neçə əsər yazmaq olar, amma təəssüf ki, vaxt azdır, çatdırmaq olmur. Çox istərdim ki, nə vaxtsa bu işlərimi başa çatdırım. Gec-tez biz gedəsiyik, qalan yazılarımız olacaq”.

    Pərvin Kərimzadə: Bayramları ailəmlə evimizdə keçirməyi üstün tuturam



    “Yeni ili hər zaman ənənəvi olaraq evimizdə, ailəmlə qeyd edirəm. Ümumiyyətlə, bayramları ailəmlə evimizdə keçirməyi hər zaman üstün tuturam. Bayramdan sonra da yenə də Gəncədə olacağam, görüşlərimiz olacaq”.

    Zahid Oruc: Yeni ili Böyük Britaniyada qarşılayacam



    “Mən hazırda Böyük Britaniyadayam. Odur ki, Yeni ili orada qarşılamalı və qeyd etməli olacağam. Bayramdan sonra isə tətil günlərində yenidən doğma Bərdədə seçicilərimlə görüşəcəm, onlarla bir arada olacağam”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR