AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMTM “Klinqendal” tərəfindən dərc edilən icmala münasibət bildirib

  • + A
  • - A
  • Bu gün, 16:35

    BMTM “Klinqendal” tərəfindən dərc edilən icmala münasibət bildirib

    BMTM “Klinqendal” tərəfindən dərc edilən icmala münasibət bildirib
    Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Niderlandın Beynəlxalq Münasibətlər İnstitutu - “Klinqendal” (The Netherlands Institute of

    International Relations Clingendael) tərəfindən dərc olunmuş “Ermənistan və Azərbaycan: Sülh, yoxsa Fasilə?” (https://www.clingendael.org/sites/default/files/2025-09/PB_Armenia_and_Azerbaijan_Peace_or_Pause.pdf) sərlövhəli siyasi icmala münasibət bildirib. (https://aircenter.az/uploads/bnLxUDsgJCNA.pdf)
    Bu barədə BMTM-dən məlumat verilib.

    Məlumatda qeyd edilir:

    “BMTM olaraq biz beynəlxalq tədqiqat institutlarının Cənubi Qafqaz məsələlərinə dair informativ təhlil hazırlamaq və konstruktiv dialoqun təşviqində uzunmüddətli rolunu yüksək qiymətləndiririk. Məhz bu peşəkar əməkdaşlıq ruhundan irəli gələrək Niderlandın Beynəlxalq Münasibətlər İnstitutu - “Klinqendal”ın “Ermənistan və Azərbaycan: Sülh, yoxsa Fasilə?” adlı siyasət icmalını diqqətlə nəzərdən keçirdik.
    Ətraflı təhlil nəticəsində müəyyən etdik ki, sənəddə yer alan bəzi ifadələr və qiymətləndirmələr faktiki qeyri-dəqiqliyə, hüquqi cəhətdən yanlış interpretasiyalara və ciddi analitik boşluqlara yol açır. Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin dinamikasına dair yanlış təsəvvürlərin formalaşması riskini yaradır.
    Sözügedən məsələyə dair hazırladığımız ətraflı cavab yalnız təhriflərə etirazımızı ifadə etməklə məhdudlaşmır. Bu həm də həssas dövlətlərarası məsələlərin müzakirəsində aydınlıq, dəqiqlik və beynəlxalq hüquqi normalara riayət olunmasını təmin etmək kimi institusional məsuliyyətimizdən irəli gəlir.
    İcmalda qeyri-qanuni “ələ keçirmə” mənasını verən terminlərin işlədilməsi, “Azərbaycanın Ermənistan ərazisini işğal etməsi” kimi təqdimatlar, Azərbaycanın tranzit təkliflərinin “ekstraterritorial” kimi göstərilməsi, eləcə də Qarabağ regionunda baş vermiş əhali yerdəyişmələrinin hüquqi əsasları olmayan terminlərlə təsvir edilməsi yanlış narrativlərin güclənməsinə rəvac verə bilər.

    Eyni zamanda, icmalda normallaşma ilə bağlı aparılan danışıqların şərhi, ATƏT-in Minsk Qrupunun statusu, Ermənistanın konstitusiya ilə bağlı əks iddiaları, qarşılıqlı dövlət iddialarının hüquqi əsası və TRIPP-lə bağlı nəticələr tərəflərin mövcud rəsmiləşdirilmiş mövqeləri ilə tam uyğun gəlmir.
    Beyin mərkəzləri və siyasət araşdırmaları institutları beynəlxalq rəyin formalaşmasında, diplomatik qərarvermə proseslərində mühüm rol oynayırlar. Bu səbəbdən, terminologiya və kontekstdə dəqiqlik vacibdir. Siyasi təhlil, hətta heç bir qəsd nəzər tutulmadığı halda belə, təsdiqlənmiş faktlardan və dövlətlərarası münasibətləri tənzimləyən hüquqi çərçivələrdən uzaqlaşdıqda davamlı sülhün təmin olunması üçün vacib olan şərtlərə zərər verə, maraqlı tərəflər arasında çaşqınlıq yarada və davam etməkdə olan proseslərin pozulmasına səbəb ola biləcək təhriflərin güclənməsinə gətirib çıxara bilər.
    Həm yuxarıda qeyd edilən səbəblərə, həm də ciddi, faktlara əsaslanan tədqiqatların önəmini nəzərə alaraq, biz yanlış təfsirlərin qarşısını almaq məqsədilə “aydınlaşdırıcı sənəd” (clarification document) hazırlamışıq.

    Biz Klinqendal, eləcə də digər tədqiqat institutları ilə açıq və peşəkar dialoqa sadiq qalırıq. İnanırıq ki, dəqiqlik və qarşılıqlı hörmətə əsaslanan birgə səylər davamlı sülhün və regional sabitliyin təmin edilməsində vacibdir”.
    Qeyd edək ki, Niderlandın Beynəlxalq Münasibətlər İnstitutu - “Klinqendal” beynəlxalq münasibətlərin araşdırılması ilə məşğul olan və araşdırmaların nəticələrinə əsasən tövsiyələr hazırlayan beyin mərkəzidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR