AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müdafiə Nazirliyi açıqlama verdi: Belə hərbi qulluqçumuz yoxdur

  • + A
  • - A
  • 10-09-2019, 10:26

    Müdafiə Nazirliyi açıqlama verdi: Belə hərbi qulluqçumuz yoxdur

    Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayıb.

    Açıqlamada deyilir: “Bəzi elektron KİV-də Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan Fuad Axundovun cinayət işi üzrə məhkəmə prosesinin keçirilməsi barədə məlumat yayılıb. Məlumatlarda F.Axundovun hərbiçi olduğu qeyd edilib.

    Bildiririk ki, Azərbaycan Ordusunda Fuad Axundov adında hərbi qulluqçu xidmət etmir. Məlumatdan istifadə zamanı bu fakta diqqət etməyinizi xahiş edirik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR