Ərdoğanı "gücsüz" saymaq... - Sabiq yunan nazir
Ərdoğanın küncə qısılmış və gücsüz olduğunu düşünmək yanlışdır.
Azadmedia.az xəbər verir ki, bu sözləri Yunanıstanın keçmiş müdafiə naziri Evangelos Apostolakis deyib.
“Bütün ciddi ölkələr Türkiyə ilə yaxşı münasibətlər qurmağı arzu edirlər. ABŞ Türkiyə ilə əlaqələri qorumaq və ölkəni Qərbə doğru çəkmək üçün böyük cəhdlər edir. Avropa Türkiyə ilə üz-üzə gəlməməyə çalışır. Çünki Türkiyə bütün geopolitik platformalara qatılır və ciddi bir aktordur”, - o bildirib.