AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kamran Əliyev ermənilərin qanunazidd əməlləri ilə bağlı Rusiya Baş prokuroruna müraciət etdi

  • + A
  • - A
  • 29-09-2020, 22:24


    Azərbaycan Respublikası Baş Prokurorluğu Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının koməkliyi ilə göndəriləcəyinə dair bəyanatı ilə məlumat yayıb.

    Məlumatda qeyd olunur:

    “Bir sıra Rusiya Kütləvi İnformasiya Vasitələrində və sosial media səhifələrində Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının koməkliyi ilə göndəriləcəyinə dair bəyanatı yayılıb.

    Bundan başqa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun “Vzqlyad” qazetində Azərbaycanın mülki dinc əhalisinin yaşadığı Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərinin, o cümlədən beynəlxalq strateji əhəmiyyət kəsb edən Bakı-Ceyhan qaz kəmərinin atəşə tutulması barədə çıxışı da yer alıb.

    Qeyd edilənlərlə bağlı, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnova və İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə rəsmi müraciət edərək bildirmişdir ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla, o cümlədən Cenevrə Konvensiyası və BMT-nin Təhlükəsizlik Şurasının qərarları ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutmuş, nəticədə mülki əhali arasında ölən və yaralananlar var.

    Müraciətdə həmçinin göstərilmişdir ki, hədəf kimi əhalinin kompakt olduğu məntəqələr – rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər – xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

    Hazırki vəziyyəti və yuxarıda qeyd edilənləri nəzərə alaraq, Baş Prokuror Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasəti yürüdən, o cümlədən bəyanatlarında Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208.1 (federal qanunla nəzərdə tutulmayan silahlı birləşmənin yaradılması, habelə belə bir qurumun rəhbərliyi və ya onun maliyyələşdirilməsi), 205.2.2 (KİV istifadə edilməklə terror fəaliyyətlərinə, terrorizmin ictimai əsaslandırılmasına və ya terrorizmin təbliğinə açıq çağırışlar), 280.2 (KİV istifadə edilməklə ekstremist fəaliyyətə açıq çağırışlar), 282.2 “b” bəndi (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması), 359.3 (muzdluluq) və digər maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş etməklə, məsələni şəxsi nəzarətlərinə götürülməsinə ümidvar olduğunu bildirmişdir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR