AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

  • + A
  • - A
  • 26-02-2021, 17:12

    Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

    Ölkəmiz sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, o cümlədən terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.

    25-26 fevral tarixlərində videokonfrans formatında BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisinin Mərkəzi Asiya və Şimali Qafqaz Şəbəkəsinin (CASC) növbəti plenar görüşü baş tutmuşdur. CASC şəbəkəsinin plenar iclasları ona üzv olan dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqə kanallarının yaradılması üçün mühüm vasitə olmaqla Mərkəzi Asiya və Cənubi Qafqazda regional mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərinin həllinə yönəlmişdir.

    Azərbaycan Respublikası Baş Prokurorluğunu sözügedən göruşdə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini İsmayıl Qayıbov təmsil etmişlər.

    Plenar görüşün əsas məqsədi cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrin genişlənməsi olmuşdur. Görüşdə mütəşəkkil cinayətkarlıq, o cümlədən insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və əmlakın bərpası məsələlərində təcrübə mübadiləsi aparılmış, həmçinin Mərkəzi Asiya və Şimali Qafqaz Şəbəkəsinin 2021-ci il üçün iş planı müzakirə olunmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR